Şahlar Əsgərov: “Kütlə yaradıcı deyil, fərdlər yaradıcıdır”
Cəmiyyət 04 Noyabr 2026, 09:16
626
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov cəmiyyətdə yaradıcı fərdlərin rolunun və onların əməyinin qiymətləndirilməsinin vacibliyindən danışıb.
Citypost.az xəbər verir ki, Şahlar Əsgərov sosial şəbəkə hesabında paylaşım edərək tarixi və mədəni inkişafda ayrı-ayrı şəxsiyyətlərin roluna diqqət çəkib.
Professorun fikrincə, yaradıcılıq kütləyə deyil, fərdlərə xas xüsusiyyətdir və cəmiyyət belə insanları vaxtında tanımağı, onların əməyini dəyərləndirməyi bacarmalıdır. O, bu fikrini Azərbaycan ədəbiyyatı və incəsənətinin tanınmış nümayəndələrinin fəaliyyəti ilə əsaslandırıb.
Şahlar Əsgərov qeyd edib ki, bütöv bir kütlənin içindən hər kəs şeir yaza və ya qranit daşı sənət əsərinə çevirə bilməz. Lakin Səməd Vurğun kimi şairlər və Ömər Eldarov kimi heykəltəraşlar bunu bacarıblar.
O, paylaşımında Azərbaycanın siyasi tarixində də fərdlərin və ziyalıların roluna toxunaraq 1992-ci ildə 91 nəfər ziyalının Heydər Əliyevi Bakıya dəvət etməsini xatırladıb. Professor hesab edir ki, bu addım kütləvi təşəbbüs deyil, konkret ziyalıların siyasi iradəsinin və mövqeyinin nəticəsi olub.
Şahlar Əsgərov vurğulayıb ki, həmin hadisəni ümumiləşdirərək Heydər Əliyevin Bakıya xalq tərəfindən dəvət edildiyini söyləyənlər onun fikrincə, fərdlərin tarixi proseslərdəki rolunu düzgün qiymətləndirmirlər.
İsrailin ŞOK İRAN PLANI
Yaxın Şərqdə gərginlik yenidən yüksəlir. ABŞ və İran arasında diplomatik təmasların davam etdiyi bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonu İrana qarşı yeni hərbi zərbələrə razı salmağa çalışdığı barədə məlumatlar yayılır. İsrail cəmiyyəti isə bir tərəfdən İranın hərbi imkanlarından narahatdır, digər tərəfdən yeni müharibənin ölkəyə nə qazandıracağı və hansı nəticələrə səbəb olacağı barədə ciddi suallar qarşısındadır.Noyabrın 2-də yayılan məlumata görə, Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında İrana qarşı yeni zərbələrin noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra başlanmasını istəyib. Trampın isə hələ yekun qərar vermədiyi, diplomatik imkanları tükətmədən hərbi əməliyyatlara qayıtmaq istəmədiyi bildirilir. ABŞ administrasiyası diplomatiyaya üstünlük verdiyini...
04 Noyabr 2026, 09:34
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
“Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb”.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.“Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.Odur ki, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını...
04 Noyabr 2026, 09:28
Elnur Məcidli İTV-də yayımlanan sənədli filmdə jurnalistin davranışını tənqid etdi
Hüquqşünas-jurnalist Elnur Məcidli İctimai Televiziyada yayımlanan sənədli filmdə müsahibə aparan jurnalistin davranışını tənqid edib.Citypost.az xəbər verir ki, Elnur Məcidli sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanın keçmiş xarici işlər naziri Hüseynağa Sadıqovun fikirləri əsasında ölkənin yaxın tarixinə işıq salan sənədli filmə baxdığını bildirib. O, müsahibə zamanı jurnalistin keçmiş nazirin qarşısında ayağını ayağının üstünə aşırmasını etik baxımdan qəbuledilməz hesab edib. Məcidli qeyd edib ki, verilişin sonunda növbəti proqramın anonsu zamanı eyni jurnalistin bu dəfə Azərbaycanın digər keçmiş xarici işlər naziri Həsən Həsənovun qarşısında da eyni formada əyləşdiyi diqqətini çəkib.Hüquqşünas-jurnalistin fikrincə, bu cür davranış müsahibə aparılan şəxslərə hörmət baxımından düzgün deyil. O vurğulayıb...
04 Noyabr 2026, 08:48
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;4. Babək prospekti, mərkəz istiqamətində;5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur....
04 Noyabr 2026, 08:43
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində noyabrın 4-də qaz təchizatı müvəqqəti dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib."Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq" , - məlumatda bildirilib.
04 Noyabr 2026, 08:00
Ölmək istəyirsən? Get Nərimanov Tibb Mərkəzinə!
Bəzən bir tibb müəssisəsinə müayinə olunmağa gedirsən, amma oradan sağ-salamat çıxmağın özü bir sınağa çevrilir. Hələ xəstəliyinlə mübarizə aparırsan, bir də üstəlik, səni sağaltmalı olan sistemin yaratdığı maneələrlə mübarizə aparmalı olursan. Nə qədər qəribə səslənsə də, mənim Nərimanov Tibb Mərkəzində yaşadığım hadisələr məndə məhz belə bir təəssürat yaratdı.Mən mədə xərçəngindən əziyyət çəkirəm. Xəstəliyimlə əlaqədar mədəm tamamilə çıxarılıb. Total qastrektomiya əməliyyatı keçirmişəm. Bu o deməkdir ki, mənim üçün uzun müddət ac qalmaq, qidalanma rejiminin pozulması, saatlarla növbədə gözləmək adi bir narahatlıq deyil, sağlamlığım üçün ciddi riskdir.Oktyabrın 22-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən mənə verilmiş göndəriş əsasında 10 gün müddətində...
03 Noyabr 2026, 23:15