Bizə yazın

Baku

-°C

USD

-

“Sabah” “Barselona”ya məğlub olub

İdman 26 Noyabr 2026, 00:22

455

“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

Citypost.az Apasport.az-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın yetirmələri V tur çərçivəsində “Barselona”nı qəbul edib.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib.

Görüş İspaniya nəhənginin üstünlüyü ilə keçib. Komanda 4:1 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) 1:4

Qollar: C. Mikels, 64 - E. Qordon, 31, 51, K. Adeyemi, 55, Q. Jezuş, 60

Stadion: Bakı Olimpiya Stadionu

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qvardiola milli komandanı çalışdıra bilər

Xosep Qvardiola gələcəkdə milli komanda çalışdırmaq istədiyini bildirib. Citypost.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İspaniyalı mütəxəssis bu il İtaliya millisindən aldığı təklifi isə qəbul etməyib.Qvardiola İtaliya Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar apardığını təsdiqləyib. O, milli komandaya rəhbərlik təklifini böyük şərəf hesab etsə də, həmin vaxt futbola fasilə vermək istədiyini deyib:“Onlarla danışdım və bu, mənim üçün böyük şərəf idi. İtaliya millisinin baş məşqçisi olmağımı düşünmələri karyeramın ən böyük şərəflərindən biri idi. Ancaq təklif istirahətə ehtiyac duyduğum vaxta təsadüf etdi. Bu, bir-iki il əvvəl olsaydı, yəqin ki, razılaşardım. Çox sevdiyim Paolo Maldini və Leonardo mənimlə əlaqə saxlayanda artıq...

25 Noyabr 2026, 19:52

"Zəfər" komandası Azərbaycan çempionatından kənarlaşdırılıb

"Zəfər" komandası AFFA U-14 Liqasından kənarlaşdırılıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Sözügedən kollektiv çempionatda "Sabah"la oyuna çıxmaqdan imtina etdiyi üçün matç baş tutmayıb.Bu hal turnirdə üçüncü dəfə təkrarlandığına görə "Zəfər" komandası 2026/2027 mövsümü üçün liqadan kənarlaşdırılıb. Onların oynadığı bütün qarşılaşmaların nəticələri ləğv edilib.

25 Noyabr 2026, 17:35

Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas

 Noyabrın 24-də “Şəfa” klubunda iclas keçirilib.Citypost.az xəbər verir ki, bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Heybət Məmmədov məlumat verib.Onun sözlərinə görə, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimovun iştirak etdiyi iclasda komandanın bu mövsümdə göstərdiyi oyun və qeydə alınan qeyri-sabit nəticələr müzakirə olunub.Klub rəhbərliyi hazırkı duruma baxmayaraq, Zaur Həşimova dəstək olub. Baş məşqçi ilə əmkdaşlığın davam etdirilməsinə qərar verilib.Qeyd edək ki, "Şəfa” Misli Premyer Liqasında 12 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb....

25 Noyabr 2026, 15:12

Güləşçimizə 3 illik cəza verildi

Azərbaycan güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.Bu barədə Citypost.azp-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.İdmançıdan götürülmüş nümunədə "19 norandrosterone" preparatı aşkarlanıb.

24 Noyabr 2026, 17:42

Patrik Andrade: “Sabah” “Barselona”ya qarşı layiqli mübarizə apara bilər

“Azərbaycan çempionatının səviyyəsi yüksəlib. Hazırda “Neftçi”nin, “Sabah” və “Qarabağ”ın yaxşı kollektivləri var. Digər komandalarda da xaricdən gələn çoxlu yeni futbolçu var. Düşünürəm ki, Premyer Liqa addım-addım inkişaf edir”.Citypost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade deyib.Kabo-Verdedən olan 33 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçı şərh edib. O, komandanın uğursuz nəticələrindən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasından danışıb:“Düşünürəm ki, “Neftçi”nin yaxşı komandası var. Yaxşı futbolçuları, həmçinin yaxşı oyun sistemi var. Bizim üçün isə vəziyyət çətindir. Bunu hamı bilir, biz də anlayırıq. Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün bir oyunda qalib...

24 Noyabr 2026, 17:06

"Qarabağ" sabiq futbolçusunu qaytarmaq istəyir

"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.Citypost.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil.Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib....

24 Noyabr 2026, 16:54