Bizə yazın

Baku

-°C

USD

-

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Sənət aləmi 25 Noyabr 2026, 23:21

418

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar nekroloq yayımlayıb.

Citypost.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino və teatr aktrisası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanova 2026-cı il noyabrın 25-də, 86 yaşında vəfat edib.

Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakı şəhərində anadan olub. 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsindən, 1969-cu ildə isə həmin institutun Rejissorluq fakültəsindən məzun olub. 1962–1997-ci illərdə bu ali təhsil ocağında pedaqoji fəaliyyət göstərib, gənc aktyor nəslinin yetişməsinə töhfə verib.

Uzun illər ərzində Azərbaycan kino sənətində özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən aktrisa bir sıra ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb. Onun xüsusilə "Səhər", "Qəm pəncərəsi", "Təhminə", "Fəryad" və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.

Sənətkarın radio və televiziya tamaşalarında oynadığı rollar da böyük maraqla qarşılanıb.

Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə "Əməkdar artist", 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Xalq artistinin qızı, kinoşünas Leyla Şabanova bildirib.“Nəslimizin dayağı, gözəl anamız, nənəmiz, ulu nənəmiz bu gün haqq dünyasına qovuşdu”, - Leyla Şabanova qeyd edib.Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. 1958–1962-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Daha sonra rejissorluq fakültəsini də bitirib.Elmira Şabanovun sənət yolu maraqlı məqamlarla yadda qalıb. O, institutun birinci kursunda rejissor Rüfət Şabanovla ailə qurub. Həyat yoldaşının filmlərdə çəkilməsinə qoyduğu qadağa səbəbindən aktrisa bir müddət kinodan uzaq qalıb. İki filmdə rol aldıqdan...

25 Noyabr 2026, 19:02

Fəxri adların verilməsi ilə bağlı köhnə qaydalar ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti fəxri adlarla bağlı 1998 və 1999-cu illərdə imzalanmış iki fərmanı ləğv edib.Citypost.az xəbər verir ki, birinci fərman muxtar respublikanın fəxri adlarını müəyyən edirdi, ikinci fərman isə həmin adlarla bağlı Əsasnaməni təsdiqləyirdi.Qərar bu iki fərmana aiddir. Naxçıvanın fəxri adları 2026-cı il iyulun 14-də qəbul edilmiş qanunla tənzimlənir.

25 Noyabr 2026, 13:49

İlqar Musayev mərhum Ada Süleymanla bağlı paylaşım etdi: “Çox mərd, kişi qız idin”

Tanınmış aktyor, Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayev aparıcı Ada Süleymanın faciəvi ölümü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında mərhum aparıcı ilə bağlı xatirələrini bölüşərək onun sənət adamları tərəfindən sağlığında lazımi diqqət görmədiyini bildirib.İlqar Musayev qeyd edib ki, Ada Süleymanın ölümündən sonra bəzi sənət adamları onunla yaxın münasibətdə olduqlarını nümayiş etdirməyə çalışıblar. Aktyor bu yanaşmanı tənqid edərək, aparıcının sağlığında film və seriallara dəvət olunmadığını vurğulayıb.O, həmçinin Ada Süleymanla birlikdə çəkildiyi “Həyat sən nə qəribəsən” serialındakı obrazını xatırladıb və mərhum sənət yoldaşı haqqında xoş sözlər yazıb.İlqar Musayev paylaşımında bunları qeyd edib:“Ada, sənin faciəvi ölümündən neçə sənət...

25 Noyabr 2026, 00:46

Bakı Uşaq və Gənclər Teatrı teatrı olmayan bölgələrə səfər edir - Layihə ilk Sabirabadda baş tutub

Bakı Uşaq və Gənclər Teatrı 2026/2027-ci illəri əhatə edən yeni layihə həyata keçirir. Citypost.az xəbər verir ki, layihənin əsas məqsədi regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları, xüsusilə məktəblilərlə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir. “Addım-addım Vətəndə-2” adlanan layihə çərçivəsində  kollektiv teatr olmayan müxtəlif bölgələrdə “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirməyi planlaşdırır. Layihənin ilk səfəri Mil-Muğan Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sabirabadda keçirilib. 500-ə yaxın tamaşaçının iştirak etdiyi tədbirdə Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Ağıllı Tülkü”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Qırmızıpapaq” tamaşalarından və sehrbaz Tofiq əminin illiuziya nömrələrindən ibarət səhnəciklər çox maraqla qarşılanıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, Əməkdar artist...

24 Noyabr 2026, 18:10

Film istehsalına dəstək üçün iki müsabiqə davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) 2026-cı il üzrə elan etdiyi “Birgə film istehsalına dəstək” və “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqələri davam edir.Citypost.az xəbər verir ki, birgə film istehsalına dəstək müsabiqəsi yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkili, həvəsləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə keçirilir. Müsabiqəyə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan şirkətləri ilə birgə layihələr təqdim oluna bilər.Ortaq ictimai xadimlər və tarixi hadisələrdən bəhs edən, ortaq dəyərlərimizin inkişafına, əlaqələrin güclənməsinə xidmət göstərən, adət-ənənələrimizi təbliğ edən filmlər, eləcə də uşaq filmləri müsabiqənin prioritet mövzularıdır.Müsabiqəyə qoşulmaq üçün layihənin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında”...

24 Noyabr 2026, 16:48

Azərbaycan Dövlət Film Fondunda korrupsiya ilə mübarizə MÜZAKİRƏ EDİLDİ

Noyabrın 24-də “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Dövlət Film Fondunda tədbir keçirilmişdir.Citypost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun direktoru Cəmil Quliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” barəsində tədbir iştirakçılarına məlumat verdi. Korrupsiyanın dövlət və dövlətçilik üçün böyük təhlükə olduğunu, korrupsiya əməllərinə qarşı mübarizədə hər kəsin öz vətəndaşlıq borcunu yerinə yetirməli olduğunu qeyd etdi, belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini vurğuladı.Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin...

24 Noyabr 2026, 15:15