Bizə yazın

Baku

-°C

USD

-

Los-Ancelesdəki evini itirən Mel Gibson yenidən Kosta Rikadadır

Dünya 26 Noyabr 2026, 00:19

463

Hollivud aktyoru və rejissoru Mel Gibsonun Kosta Rikada olduğu rəsmən təsdiqlənib.

Citypost.az The Tico Times-a istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya və İmmiqrasiya Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, aktyor noyabrın 22-də Kosta Rikaya daxil olub və noyabrın 24-nə olan məlumata görə, onun ölkəni tərk etməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.

Rəsmilər Gibsonun səfərinin məqsədi, ölkədə nə qədər qalacağı və harada məskunlaşdığı barədə məlumat verməyiblər. Aktyor da səfəri ilə bağlı hələlik açıqlama yaymayıb.

Qeyd edək ki, Mel Gibsonun Kosta Rika ilə əlaqələri uzun illərə dayanır. O, təxminən 20 ildir ki, ölkənin Guanacaste bölgəsində, Nikoya yarımadasının Playa Barrigona sahilində böyük şəxsi mülkə sahibdir. Aktyor bu ərazi ilə 2006-cı ildə “Apokalipsis” filminin çəkiliş məkanlarını araşdırarkən tanış olub. Filmin çəkilişləri sonradan Meksikada aparılsa da, Gibson 2007-ci ildə həmin ərazidəki mülkü 26 milyon dollara satın alıb.

Təxminən 162 hektar ərazini əhatə edən mülkə villa, yemək pavilyonu və üç kilometrdən artıq sahil zolağı daxildir. Aktyor illər ərzində bu əmlakı bir neçə dəfə satışa çıxarsa da, onun satıldığı barədə rəsmi məlumat yoxdur.

Gibsonun Kosta Rikaya marağı yalnız daşınmaz əmlakla məhdudlaşmır. O, 2007-ci ildə yerli icmalara dəstək məqsədilə ianə məsələsini müzakirə etmək üçün ölkənin o zamankı prezidenti Oskar Ariasla da görüşüb. Aktyor bir neçə dəfə Yeni il tətilini və doğum gününü də burada keçirib.

Onun Kosta Rikada daha uzun müddət yaşaya biləcəyi ilə bağlı ehtimallar 2025-ci ilin yanvarında, Los-Ancelesdəki meşə yanğınları nəticəsində Malibudakı evini itirməsindən sonra gündəmə gəlib. Gibson Co Roqanın podkastında Kaliforniyanı tərk etmək ehtimalından danışarkən Kosta Rikanı mümkün istiqamət kimi göstərib və burada turist izdihamından uzaq, sevdiyi bir yerin olduğunu bildirib.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan Xəlifə Haftarı qəbul etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəbul mətbuata qapalı olub.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər....

25 Noyabr 2026, 19:43

Paşinyanın adına saxta profil açdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın adına saxta "Telegram" hesabı yaradılıb."Unikal" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan məlumat yayıb. O, istifadəçilərə daha diqqətli olmaları barədə xəbərdarlıq edib.  

25 Noyabr 2026, 18:00

“Fars”: İrana böyük həcmdə dollar gətirilib

Qonşu ölkələrdən birindən İrana böyük həcmdə dollar əskinasları gətirilib.APA-nın Tehran bürosunun məlumatına görə, “Fars” xəbər agentliyi valyuta təklifinin artırılması siyasəti çərçivəsində qonşu ölkələrdən birindən İrana böyük həcmdə ABŞ dollarının gətirildiyini açıqlayıb.Məlumata görə, İran Mərkəzi Bankının rəhbəri bundan əvvəl ölkədəki bütün müraciət edənlərə satılmaq üçün ümumilikdə 2 milyard dollar valyuta ayrıldığını, hər bir müraciətçinin isə maksimum 10 min dollar ala biləcəyini bildirmişdi. Sonradan bu məbləğin 3 milyard dollara çatdırıldığı açıqlanmışdı.Agentlik qeyd edib ki, İran Mərkəzi Bankının valyuta ehtiyatları rəsmilərin açıqlamalarına əsasən, qənaətbəxş vəziyyətdədir. Valyutanın bazara davamlı şəkildə çıxarılmasının dolların məzənnəsinin aşağı düşməsinə şərait yaradacağı gözlənilir....

25 Noyabr 2026, 17:15

Fatimə parlamentin iclasına körpəsi ilə qatıldı - Video

Avstraliya senatoru Fatimə Payman parlamentin iclasına körpəsi ilə qatılaraq diqqət çəkib.Citypost.az  Globalinfo.az-a istinadla xəbər verir ki, senator iclas boyunca körpəsini qucağında saxlayıb.Digər senatorlar da körpəyə biganə qalmayıb, bəziləri onu əyləndirməyə çalışıblar.Parlamentdə yaşanan bu anlar sosial şəbəkələrdə də maraq doğurub.Hadisə parlamentdə çalışan valideynlərin, xüsusilə anaların, övladları ilə birgə iş həyatında iştirak imkanları və bu istiqamətdə yaradılan şərait məsələsini bir daha gündəmə gətirib....

25 Noyabr 2026, 16:40

Rusiya azərbaycanlıları deport edib 5 illik giriş qadağası qoyuldu

Rusiyanın Kursk vilayətində miqrasiya qanunvericiliyini pozan 72 əcnəbi ölkədən deportasiya edilib.Modern.az yerli mediaya istinadla xəbər verir ki, onların hamısı ölkədə qanuni qalma müddətini keçib və könüllü şəkildə Rusiyanı tərk etməkdən yayınıb.Kursk vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətindən bildirilib ki, deportasiya edilənlər arasında Azərbaycan, Özbəkistan, Ermənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Nigeriya, Kamerun, Misir və Gürcüstan vətəndaşları var.Həmin şəxslər dövlət sərhədinin buraxılış məntəqələrinə çatdırılıblar. Onların 5 il müddətinə Rusiya ərazisinə girişinə qadağa qoyulub.Qeyd edək ki, 2026-cı ilin aprelindən Rusiyada müqavilə əsasında hərbi xidmət keçmiş və ölkənin Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş əcnəbiləri inzibati qaydada ölkədən çıxarılmaqdan azad edən...

25 Noyabr 2026, 12:55

Macarıstan Nobel mükafatı laureatının fondu ilə 726 milyon avroluq müqaviləni ləğv edir

Macarıstanın yeni hökuməti Nobel mükafatı laureatı, fizik Ferens Krauszun rəhbərlik etdiyi Elvonal Tədqiqat və İstedad İnkişafı Fondu ilə bağlanmış 726 milyon avro dəyərində müqaviləni ləğv etmək niyyətindədir.Citypost.az “Hungary Today” saytına istinadən xəbər verir ki, bu barədə Baş nazir Peter Magyar cümə günü sosial şəbəkə hesabında məlumat verib.Baş nazir müqavilənin ləğv ediləcəyini açıqlamaqla yanaşı, fondun rəhbərliyini indiyədək ödənilmiş 22 milyard forinti, yəni təxminən 62,9 milyon avronu dövlətə qaytarmağa çağırıb.Məlumata görə, müqavilə əvvəlki hökumətin Mədəniyyət və İnnovasiya Nazirliyi tərəfindən, Baláz Hanko rəhbərliyi dövründə imzalanıb. “Magyar Hang” nəşrinin yazdığına əsasən, dövlətlə Ferens Krauszun rəhbərlik etdiyi fond arasında 261,7 milyard forint (təxminən 726 milyon...

25 Noyabr 2026, 10:22