Netanyahunun işi üzrə dinləmələr təxirə salınıb
Dünya 30 Yanvar 2025, 16:48

275
Hakimlər İsrailin baş naziri Benyamin Netanyahunun vəkillərinin fevralın 3, 4 və 5-də kabinet rəhbərinin iştirakı ilə keçiriləcək iclasları ləğv etmək və ABŞ-a gözlənilən səfərlə əlaqədar bir həftəlik təxirə salmaq tələbini təmin ediblər. ABŞ-da o, ölkə prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Citypost.az xəbər verir ki, bu barədə İsrailin Kan Dövlət Teleradio Şirkəti məlumat yayıb.
Yanvarın 27-də, demək olar ki, bir aylıq fasilədən sonra, Təl-Əviv Rayon Məhkəməsi Netanyahunun ittiham olunduğu rüşvətxorluq, dələduzluq və ictimai etimadın pozulması ilə bağlı üç iş üzrə dinləmələri davam etdirib. Eyni zamanda, yanvarın 28-də və 29-da keçiriləcək iclaslar hakimlərdən birinin xəstəliyi səbəbindən ləğv edilib, - Kan qeyd edib.
Bir neçə həftə əvvəl fasilə Netanyahunun səhhətinin vəziyyəti ilə əlaqədar idi. 2024 dekabrın 29-da Baş Nazirlik Aparatı hökumət başçısının prostat vəzinin xoşxassəli hiperplaziyası diaqnozu qoyulduqdan sonra ona təyin olunmuş uğurlu prostat əməliyyatı keçirdiyini açıqlayıb.
Həmçinin oxuyun
Daha əvvəl Kan Netanyahunun fevralın 2-də Vaşinqtona gedəcəyini, fevralın 4-də Trampla görüşəcəyini bildirmişdi. Onun sözlərinə görə, baş nazir fevralın 6-da yəhudi dövlətinə qayıtmağı planlaşdırır.
İsrail baş nazirinin ofisi də yanvarın 28-də Trampın Netanyahunu fevralın 4-də Ağ Evdəki görüşə dəvət etdiyini açıqlayıb. Departament qeyd edib ki, Netanyahu “Donald Trampın ikinci prezidentliyi dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir”.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb
Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.
12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.
12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi
ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.
11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır
Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.
11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar
Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.
11 Mart 2025, 18:48