ABŞ: İran nüvə silahının yaradılmasını sürətləndirmək üçün yollar axtarır
Dünya 04 Fevral 2025, 13:48

412
“The New York Times” bazar ertəsi mənbələrə istinadən yazır ki, ABŞ rəsmiləri iranlı alimlərdən ibarət “gizli qrup”un nüvə silahının inkişafını sürətləndirmək üçün yollar axtardığına inanırlar.
Citypost.az xəbər verir ki, onların sözlərinə görə, bu qənaət ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasının son aylarında əldə edilmiş və daha sonra ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik komandasına təqdim edilmiş ABŞ kəşfiyyatının məlumatlarına əsaslanır.
ABŞ kəşfiyyatının məlumatına görə, iranlı hərbi mühəndislər və elm adamları onların artan nüvə yanacağı ehtiyatını bir-iki il deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar.
Həmçinin oxuyun
Qəzetin qeyd etdiyi kimi, məsələ çərşənbə axşamı Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə “demək olar ki, mütləq” müzakirə olunacaq. Yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb
Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.
12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.
12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi
ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.
11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır
Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.
11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar
Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.
11 Mart 2025, 18:48