Bizə yazın

Baku

-°C

USD

-

Quterreş fələstinlilərə qarşı zorakılığa son qoymağa çağırıb

Dünya 06 Fevral 2025, 12:14

430

BMT-nin baş katibi Antonio Quterreş İordan çayının qərb sahilində şiddətin artması ilə bağlı dərin narahatlığını bildirib.

Citypost.az xəbər verir ki, diplomat qeyd edib:

“İsrailli mühacirlər tərəfindən zorakılığın artması və Fələstinlilərin digər hüquqlarının pozulmasından son dərəcə narahatam”, - o, vurğulayıb.

Onun sözlərinə görə, “beynəlxalq hüquqa hörmət edilməli və Fələstin ərazilərinin işğalına son qoyulmalıdır”.

Quterreş xatırladıb ki, bu fakt artıq Beynəlxalq Məhkəmə tərəfindən təsdiqlənib. BMT beynəlxalq ictimaiyyəti birliyin, ərazi bütövlüyünün bərpasında və idarəetmə sisteminin inkişafında Fələstin Muxtariyyətini dəstəkləməyə çağırır. Qəzza zolağının yenidən qurulmasına xüsusi diqqət yetirilir.

Fevralın 4-də Tramp Ağ Evdə danışıqlardan sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə sülhün rifahı naminə onu inkişaf etdirmək üçün Qəzza zolağının uzunmüddətli işğalını nəzərdən keçirir.

O, həmçinin fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olub ki, bunun üçün pul ödəyə bilər. Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar lazım bildiyi təqdirdə Qəzzaya öz qoşunlarını göndərməyə hazırdır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb

Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.

12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.

12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.

12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi

ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.

11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır

Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.

11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar  

Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.

11 Mart 2025, 18:48