Misir Qəzzanın yenidən qurulması üçün beynəlxalq dəstək axtarır
Dünya 25 Fevral 2025, 12:16

594
Misirin xarici işlər naziri Bədr Abdulati ölkəsinin fələstinliləri köçürmədən Qəzza zolağının yenidən qurulması üçün Avropa və beynəlxalq ictimaiyyətdən dəstək gözlədiyini açıqlayıb.
Citypost.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, nazir Abdulati ilə fransalı həmkarı Jan Noel Barrot arasında telefon danışığı olduğu bildirilib.
Abdulati və Barrot iki ölkə arasındakı əlaqələri müzakirə edib, həmçinin regional hadisələri müzakirə ediblər.
Abdulati, Fransanın Avropa Birliyi daxilində Misirə verdiyi dəstəyi təqdir etdiklərini və 4 milyard avroluq Avropa maliyyə paketinin ikinci tranşının Misirə verilməsi ilə bağlı qərarın qəbul edilməsini gözlədiklərini bildirib.
Qəzza zolağında baş verən hadisələrə və ərəb ölkələrinin Misirin bu kontekstdə göstərdiyi səylərə verdiyi dəstəyə diqqət çəkən Abdulati, "Beynəlxalq ictimaiyyətin və Fransa da daxil olmaqla Avropa Birliyi ölkələrinin Misirin bu mövzuda səylərini dəstəkləyəcəyinə ümid etdiyini" vurğuladı.
Fələstinliləri torpaqlarından çıxarmadan Qəzzanın bərpası və yenidən qurulması üçün Misirin hazırladığı əhatəli plana diqqət çəkən açıqlamada Fransa xarici işlər naziri Barrotun Misirin planını müsbət qarşıladığı bildirilib.
Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri zorla köçürmək planı...
ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın Qəzza zolağının ələ keçirəcəyini bildirib.
Qəzzanın indi tamamilə məhv edilmiş bir ərazi olduğunu qeyd edən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin daha yaxşı olacağını müdafiə etdi.
Tramp həmçinin fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarələrinin olmadığını iddia edib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şotlandiyada 600 illik qızıl və gümüş sikkələr tapılıb
Şotlandiyada metal detektorlarından istifadə edən hobbi ovçuları 600 illik qızıl və gümüş sikkələrdən ibarət dəfinə aşkar ediblər ki, onlar ömürlük tapıntı adlandırırlar.
12 Mart 2025, 13:13

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
12 Mart 2025, 12:52

Lavrov fon der Leyeni “fürer Ursula” adlandırdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “fürer Ursula” adlandırıb.
12 Mart 2025, 12:44

Trampdan Maska DƏSTƏK: Yeni "Tesla” alacağını bildirdi
ABŞ prezidenti Donald Tramp baş məsləhətçisi İlon Maska dəstəyini göstərmək üçün yeni "Tesla" alacağını bəyan edib.
11 Mart 2025, 19:00

Mikroplastiklər bitkilərin fotosintezinin qarşısını alır
Məlum olub ki, dünyada sürətlə artan mikroplastik çirklənmə bitkilərin fotosintez qabiliyyətinə ciddi təsir edir və bu, qlobal qida tədarükünü təhdid edir.
11 Mart 2025, 18:55

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar
Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır.
11 Mart 2025, 18:48