Sayğaca müdaxilə iddiası ilə yüzlərlə manat əlavə borc yazılıbsa, nə etməli? – Vəkildən AÇIQLAMA
Hüquq 20 Noyabr 2026, 09:00
445
Kommunal xidmətlərdən istifadə edən vətəndaşların qarşılaşdığı problemlərdən biri də sayğaclara müdaxilə edildiyi iddiası ilə əlavə borcun hesablanmasıdır. Bəzən abonentlər uzun müddət ərzində ödənişlərini vaxtında həyata keçirsələr də, sonradan onların hesabına külli miqdarda əlavə borc daxil edilir. Vətəndaş isə bu məbləğin hansı əsasla hesablandığını, sayğaca müdaxilə faktının necə müəyyənləşdirildiyini və ödəniş tarixçəsi olduğu halda niyə əlavə borcun yarandığını aydınlaşdırmağa çalışır. Belə vəziyyətlərdə qurumlara müraciət etməklə yanaşı, hüquqların müdafiəsi üçün məhkəməyə üz tutmaq da mümkündür.
Vəkil İlkin Xəlilov Citypost.az-a açıqlamasında bu cür halların vətəndaşlar tərəfindən diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib. O, şəxsi təcrübəsində də belə bir problemlə qarşılaşdığını qeyd edərək, istifadə etdiyi sayğaca görə ona 1186 manat əlavə borc hesablandığını deyib.
Vəkilin sözlərinə görə, həmin müddət ərzində kommunal xidmət üzrə ödənişlərini mütəmadi həyata keçirib və bütün ödənişlər kart hesablarında, elektron tarixçədə öz əksini tapıb. Buna baxmayaraq, sayğacla bağlı yoxlamadan sonra onun hesabına 1186 manat borc əlavə edilib. Xəlilov bu məbləğin əsassız olduğunu düşünərək aidiyyəti quruma müraciət edib, məsələ ilə bağlı həm qurumun mətbuat xidməti, həm də müvafiq rəhbər şəxslərlə əlaqə saxlayıb. O, hər ay ödəniş etdiyini təsdiqləyən məlumatların mövcud olduğunu bildirərək hesablanmış borcun yenidən araşdırılmasını tələb edib.
Lakin müraciətlərdən sonra da məsələ həllini tapmadığı üçün hüquqi müstəviyə daşınıb. Vəkil bildirib ki, mübahisə məhkəməyə çıxarılıb və birinci instansiya məhkəməsi onun xeyrinə qərar qəbul edib. Bunun ardınca qarşı tərəf apellyasiya şikayəti verərək qərardan narazılığını ifadə edib. Beləliklə, məsələ növbəti məhkəmə instansiyasında mübahisələndirilməyə başlanıb.
İlkin Xəlilovun diqqət çəkdiyi əsas məqamlardan biri isə məhkəmə prosesi davam etdiyi müddətdə də onun ödənişlərindən əlavə vəsait tutulmasıdır. Vəkilin sözlərinə görə, borcun qanuniliyinə dair mübahisə məhkəmədə araşdırıldığı halda, hesablanmış məbləğ üzrə tutulmaların davam etməsi vətəndaş üçün əlavə çətinlik yaradıb. Onun fikrincə, bu cür vəziyyətlərdə vətəndaşın hüquqlarının qorunması, mübahisələndirilən borcun hansı əsaslarla hesablandığının aydınlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Vəkil hesab edir ki, sayğaca müdaxilə edildiyi iddiası ilə əlavə borc hesablanan zaman vətəndaş ilk növbədə həmin iddianın hansı sübutlara əsaslandığını öyrənməlidir. Çünki sayğaca kənar müdaxilə barədə aktın tərtib edilməsi özlüyündə məsələnin bütün hüquqi tərəflərinin araşdırılmasını əvəz etmir. Həmin aktın hansı şəraitdə tərtib edildiyi, yoxlamanın necə aparıldığı, müdaxilə əlamətlərinin nədən ibarət olduğu və hesablanmış əlavə borcun hansı qaydada müəyyənləşdirildiyi aydın olmalıdır.
Mütəxəssisin sözlərinə görə, xüsusilə abonentlərə təqdim edilən aktlarda və hesablamalarda konkret əsaslandırmanın olması vacibdir. Vətəndaş sayğaca müdaxilə etmədiyini bildirirsə, qurumun irəli sürdüyü iddianın texniki və hüquqi əsaslarını tələb edə bilər. Zərurət yarandıqda sayğacın texniki vəziyyətinin müstəqil qaydada araşdırılması, müvafiq ekspertiza və digər sübutların əldə olunması da məsələnin obyektiv həlli baxımından əhəmiyyət daşıya bilər.
İlkin Xəlilov xüsusilə vurğulayıb ki, vətəndaşlar əlavə borcun məbləği az olduqda belə, məsələni əhəmiyyətsiz hesab etməməlidirlər. Bəzən abonentlər 30, 50 və ya 100 manat kimi məbləğlərə görə məhkəməyə müraciət etməyin vaxt və xərc baxımından məqsədəuyğun olmadığını düşünürlər. Lakin problem yalnız həmin məbləğin ödənilməsi ilə bitməyə bilər. Əgər qurum sayğaca müdaxilə edildiyini iddia edir və bunun əsasında akt tərtib edirsə, həmin iddianın hüquqi nəticələri daha geniş ola bilər.
Həmçinin oxuyun
Vəkilin fikrincə, bu gün kiçik görünən əlavə borc gələcəkdə daha böyük maliyyə tələbinə çevrilə, abonentin hesabında yeni hesablamaların aparılmasına və əlavə mübahisələrin yaranmasına səbəb ola bilər. Buna görə də vətəndaşlar yalnız borcun məbləğinə baxmamalı, onun hansı əsasla yarandığını və hansı hüquqi nəticələr doğura biləcəyini də nəzərə almalıdırlar. Əgər sayğaca müdaxilə faktı ilə bağlı iddia irəli sürülürsə, həmin iddianın əsaslı olub-olmaması vaxtında araşdırılmalıdır.
Xəlilov qeyd edib ki, sayğaca müdaxilə kimi texniki məsələlərin müəyyənləşdirilməsi hər zaman adi vizual baxışla mümkün olmaya bilər. Əgər bu sahənin mütəxəssisi belə müdaxiləni yalnız gözlə müəyyənləşdirməyin mümkün olmadığını bildirirsə, texniki bilikləri olmayan vətəndaşdan həmin vəziyyəti əvvəlcədən aşkar etməsini gözləmək də düzgün yanaşma deyil. Bu səbəbdən əlavə borcun hesablanması üçün yalnız ümumi iddialar deyil, konkret faktlar, texniki göstəricilər və müvafiq sübutlar əsas götürülməlidir.
Vəkilin sözlərinə görə, belə problemlə üzləşən abonentlər ilk növbədə bütün ödəniş sənədlərini, bank və kart çıxarışlarını, elektron ödəniş qəbzlərini, sayğacın göstəricilərini və qurum tərəfindən tərtib edilmiş aktın surətini saxlamalıdırlar. Əlavə borcun hesablanması barədə bildiriş və digər sənədlər də sonradan mübahisənin araşdırılması zamanı mühüm sübut rolunu oynaya bilər. Qurumdan borcun hesablanmasının ətraflı izahı, yoxlamanın nəticələri və müdaxilə iddiasını təsdiqləyən materiallar yazılı şəkildə tələb edilməlidir.
Məsələ müraciətlər əsasında həll olunmadıqda isə vətəndaşın hüquqi müdafiə yollarından istifadə etməsi mümkündür. Konkret vəziyyətdən asılı olaraq, əlavə borcun hesablanmasının qanuniliyinin mübahisələndirilməsi, aktın və digər qərarların hüquqi qiymətləndirilməsi üçün məhkəməyə müraciət edilə bilər. Bununla belə, hər bir iş üzrə düzgün hüquqi tələb seçilməli, sənədlər və sübutlar diqqətlə araşdırılmalıdır.
İlkin Xəlilov hesab edir ki, kommunal xidmət göstərən qurumlarla abonentlər arasında yaranan bu cür mübahisələrdə vətəndaşlar öz hüquqlarını müdafiə etməkdən çəkinməməlidirlər. Onun fikrincə, əlavə borcun 50 manat və ya 1186 manat olmasından asılı olmayaraq, əsas məsələ həmin məbləğin qanuni və əsaslandırılmış şəkildə hesablanıb-hesablanmamasıdır. Vətəndaş istifadə etmədiyi və ya əsassız hesab etdiyi xidmətə görə əlavə vəsait ödəməyə məcbur edilməməlidir.
Beləliklə, sayğaca müdaxilə iddiası ilə əlavə borc hesablanan abonentlər bu məsələni sadəcə kiçik maliyyə problemi kimi qiymətləndirməməlidirlər. Hesablamanın əsasları araşdırılmalı, bütün ödəniş sənədləri qorunmalı, qurumun iddiasını təsdiqləyən sübutlar tələb edilməli və zərurət yarandıqda məhkəmə qaydasında hüquqi müdafiəyə müraciət olunmalıdır. Çünki mübahisənin vaxtında qaldırılması həm əsassız maliyyə tələblərinin qarşısının alınması, həm də gələcəkdə daha böyük problemlərin yaranmaması baxımından əhəmiyyətlidir.
Yeganə
Ata illərdir evdə yaşamayan oğlunu qeydiyyatdan çıxara bilərmi? – Hüquqşünasdan AÇIQLAMA
Bəzi ailələrdə valideynlə övlad arasında yaranan mübahisələr mənzildən istifadə və yaşayış yeri üzrə qeydiyyat məsələlərinə qədər uzanır. Xüsusilə uzun müddətdir valideynlərinin evində yaşamayan, lakin həmin ünvanda rəsmi qeydiyyatda qalan övladlarla bağlı suallar yaranır. Belə vəziyyətdə ev sahibi olan ata oğlunu öz razılığı olmadan qeydiyyatdan çıxara bilərmi? Bunun üçün hansı hüquqi prosedurlardan keçmək lazımdır? Övladın həmin mənzildə başqa yaşayış yerinin olmaması məsələyə necə təsir edir və qeydiyyatdan çıxarılma zamanı kompensasiya ödənilməsi tələb oluna bilərmi?Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Mircəlal Muradlı bildirib ki, valideynin öz mənzilində qeydiyyatda olan övladının qeydiyyatdan çıxarılması qanunvericiliklə müəyyən edilmiş hallarda mümkündür. Lakin burada əsas məsələ yalnız...
19 Noyabr 2026, 11:40
İpotekada olan ev boşanma zamanı necə bölünür? – Vəkildən vacib AÇIQLAMA
Nikah dövründə ipoteka krediti ilə alınan evlərin boşanma zamanı necə bölünməsi cütlüklər arasında mübahisə doğuran məsələlərdən biridir. Bəzi hallarda tərəflərdən biri ilkin ödənişi həyata keçirir, digəri isə kreditin aylıq ödənişlərini qarşılayır. Digər vəziyyətlərdə isə həm ilkin ödəniş, həm də sonrakı kredit borcu ər-arvadın ümumi gəlirləri hesabına ödənilir. Boşanma zamanı belə evlərin kimə qalacağı, indiyədək ödənilmiş məbləğin necə bölünəcəyi və qalan ipoteka borcuna görə kimin məsuliyyət daşıyacağı sualları yaranır.Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Bahar Dünyamalıyeva bildirib ki, nikah müddətində əldə edilmiş əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu prinsip yalnız tam ödənilmiş əmlaka deyil, nikah dövründə...
19 Noyabr 2026, 10:40
Həyat yoldaşı vəfat etdikdə onun bank borcunu kim ödəməlidir? – VƏKİL VACİB MƏQAMLARI AÇIQLADI
Həyat yoldaşını itirən şəxslər bəzən mənəvi itki ilə yanaşı, mərhumun bank qarşısında qalan kredit öhdəlikləri ilə də üzləşirlər. Xüsusilə bankın borcun müəyyən hissəsinin ödənilməsini tələb etməsi vətəndaşlarda haqlı suallar yaradır. Bəzi hallarda bank mərhumun həyat yoldaşına kredit borcunun yarısını ödəməli olduğunu bildirir. Halbuki bu məsələdə yalnız nikah münasibətinin mövcudluğu əsas götürülə bilməz. Mirasın qəbul edilib-edilməməsi, miras əmlakının dəyəri, borcun hansı məqsədlə götürülməsi və kredit vəsaitinin ailənin ehtiyaclarına sərf olunub-olunmaması kimi məqamlar hüquqi baxımdan əhəmiyyət daşıyır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Nicat Mehtixanov bildirib ki, həyat yoldaşının vəfat etməsi digər tərəfin avtomatik olaraq mərhumun bütün kredit borclarına görə məsuliyyət daşıması...
18 Noyabr 2026, 11:00
Əmək müqaviləsi ilə işləyən şəxslərə bank kredit verə bilərmi? – VƏKİL AÇIQLADI
Əmək müqaviləsi əsasında işləyən şəxslərin banklardan kredit götürmək imkanları ilə bağlı müxtəlif suallar yaranır. Xüsusilə müddətli əmək müqaviləsi ilə çalışan vətəndaşlar müqavilələrinin daimi olmamasının kredit əldə etmələrinə mane olub-olmadığını bilmək istəyirlər. Bəzi şəxslər hesab edirlər ki, yalnız müddətsiz əmək müqaviləsi ilə işləyənlər banklardan kredit ala bilərlər. Bəs müddətli əmək müqaviləsi ilə çalışan şəxsin kredit götürmək hüququ varmı? Bank belə müraciətləri hansı şərtlərlə qəbul edə bilər?Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Aysel Həsənova bildirib ki, əmək müqaviləsi əsasında işləyən şəxsin müddətli müqavilə ilə çalışması onun avtomatik olaraq kredit almaq imkanından məhrum edilməsi demək deyil. Onun sözlərinə görə, şəxs hər hansı...
18 Noyabr 2026, 10:00
Müddətsiz əlillik dayandırıla bilərmi? – VƏKİL AÇIQLADI
Müddətsiz əlillik statusu alan şəxslərin hüquqları, bu statusun hansı hallarda dayandırıla bilməsi və qanunvericilikdə edilən dəyişikliklərin əvvəlki əlillik qərarlarına təsiri cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə uzun illər əlillik statusu əsasında pensiya və ya müavinət alan şəxslərin sonradan bu hüquqdan məhrum edilməsi ciddi narahatlıq yaradır. Bəs müddətsiz əlillik statusu hansı hallarda ləğv edilə bilər? Yeni meyarlar əvvəllər əlillik təyin edilmiş şəxslərə də şamil oluna bilərmi?Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Cahangir Qasımzadə bildirib ki, müddətsiz əlillik anlayışının özü şəxsin əlillik statusunun konkret zaman aralığı ilə məhdudlaşdırılmadığını ifadə edir. Onun sözlərinə görə, şəxs əvvəlki dövrlərdə müəyyən müddətə əlillik statusu aldıqdan sonra...
18 Noyabr 2026, 09:00
Bələdiyyə sənədi olan torpaqda çıxarış almadan ev tikmək mümkündürmü? – Vəkildən AÇIQLAMA
Bələdiyyə sənədi əsasında torpaq sahəsi əldə edən, lakin həmin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almayan vətəndaşlar tikinti aparmaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. Belə şəxsləri maraqlandıran əsas məsələlərdən biri torpaq sahəsinin çıxarışı olmadan evin layihəsini hazırlatmaq və tikintiyə başlamağın mümkün olub-olmamasıdır. Xüsusilə fərdi yaşayış evlərinin inşası zamanı qanunvericilikdə nəzərdə tutulan məlumatlandırma icraatı, tikilinin mərtəbə və hündürlük həddi, eləcə də qonşu torpaq sahələri ilə ara məsafəsi kimi tələblər diqqətə alınmalıdır.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Ədalət Dəmirov bildirib ki, bələdiyyə sənədi olan torpaq sahəsində çıxarış əldə etmədən ev tikmək məsələsi müəyyən hüquqi çətinliklər yarada bilər. Onun sözlərinə görə,...
17 Noyabr 2026, 11:00