Bizə yazın

Baku

-°C

USD

-

DÇ-2026: Millimizin oyunlarının təqvimi...

İdman 14 Dekabr 2024, 11:30

383

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Citypost.az xəbər verir ki, D qrupunda yer alan yığmamız ilk olaraq sentyabrın 5-də, səfərdə İslandiyanın qonağı olacaq.

Millimizin yer aldığı qrupun təqvimini sizə təqdim edirik:

2025-ci il

5 sentyabr

23:45. İslandiya – Azərbaycan

23:45. Ukrayna – Fransa/Xorvatiya cütünün qalibi

9 sentyabr

21:00. Azərbaycan – Ukrayna

23:45. Fransa/Xorvatiya cütünün qalibi – İslandiya

10 oktyabr

23:45. Fransa/Xorvatiya cütünün qalibi – Azərbaycan

23:45. İslandiya – Ukrayna

13 oktyabr

23:45. İslandiya – Fransa/Xorvatiya cütünün qalibi

23:45. Ukrayna – Azərbaycan

13 noyabr

21:00. Azərbaycan – İslandiya

23:45. Fransa/Xorvatiya cütünün qalibi – Ukrayna

16 noyabr

21:00. Azərbaycan – Fransa/Xorvatiya cütünün qalibi

21:00. Ukrayna - İslandiya

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ançelotti “Real”dan gedir  

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.

27 Aprel 2025, 18:44

“Barselona” kubokun sahibi oldu

Bu gün İspaniya Kral Kubokunun final matçı keçirilib.

27 Aprel 2025, 02:56

“Qarabağ” yeni rekorda imza atdı  

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.CityPost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub....

24 Aprel 2025, 11:30

“Qarabağ” Azərbaycan kubokunun finalına çıxdı

Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.CityPost.az xəbər verir ki, hər iki görüş bu gün baş tutub.İlk oyunda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Ağdamlılar 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biliblər.Meydan sahibləri böyükhesablı qələbəyə sevinib - 3.0.Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ın qonağı olacaq.

23 Aprel 2025, 19:56

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib  

Avrokubokların 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişməyib.

18 Aprel 2025, 10:18

Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub - YENİLƏNİB  

Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.Citypost.az xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Dəniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.***12:00II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi...

13 Aprel 2025, 16:36