Berlinə bayraq sancan kişinin qızı Prezident İlham Əliyevə müraciət edib — FOTO+VİDEO

Müsahibələr

29 Oktyabr 2024, 12:38
Berlinə bayraq sancan kişinin qızı Prezident İlham Əliyevə müraciət edib — FOTO+VİDEO
4604

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərin ailə üzvlərinə daim  Azərbaycan Dövləti tərəfindən diqqət və qayğı göstərilir. Qeyd olunanlarla     yanaşı   təəssüf  ki,  xoşagəlməz   hallar  da   yaşanır.

1941-1945-ci illərdə baş vermiş  Böyük  Vətən  müharibəsində iştirak etmiş şəxslərdən  biri də Zərdab rayonu, Şahhüseynli  kənd  sakini Qarayev Alməmməd Zakir oğludur. Böyük Vətən müharibəsinin iştirakçısının ailəsi bu gün böyük çətinliklərlə  üzləşib.

 

CityPost.az-a danışan  Alməmməd  Qarayevin  hüquqi  varisi  olan  qızı Həlimə Qarayeva  bildirib ki, atasının  vaxtı ilə  yaşadığı ev hazırda baxımsızlıq səbəbindən  qəzalı  vəziyyətə  düşüb.

“Atam Böyük  Vətən müharibəsində  qəhrəmanlıqlar  göstərib. Bir neçə dəfə orden və  medallarla təltif  olunub. Stalin  atamın  göstərdiyi  qəhrəmanlıqlara görə onu  bir neçə dəfə təltif edib.  Bu gün həmin qəhrəman  kişinin    min bir əziyyətlə tiktiyi və yaşadığı  ev  qəzalı  vəziyyətdədir. Mənim  maddi  imkanım  olmadığı üçün evin təmirini  edə  bilmədim. Zərdab  Rayon  İcra  Hakimiyyətinin  başçısına  bir  neçə dəfə müraciət etsəm də, mənim müraciətimi  gülüşlə qarşıladılar. Dedilər ki, onların evi  təmir  etmək  üçün  pulları  yoxdur. Mən bilirəm ki, Dövlət büdcəsindən  təmir-bərpa  işləri  üçün  illik  pul  ayrılır.  Bəs  ayrılan  o pulları   haraya  xərcləyirlər? Müharibədə  qəhrəmanlıq  göstərmiş  bir  kişinin  evinin  dağılmasına  rəhbər  şəxslər  necə  göz  yumur? Ölkə başçısı hər zaman Böyük Vətən müharibəsi iştirakçılarına,onların  ailə üzvlərinə  diqqətlə  yanaşıb. Mən bilirəm ki, cənab Prezidentin bu məsələlərdən xəbəri yoxdur. Cənab İlham Əliyevə müraciət  edirəm. Müharibədə qəhrəmanlıq  göstərmiş bir kişinin qızının  səsinə səs verməyini  xahiş edirəm”,-  deyə   Həlimə  Qarayeva  bildirib.

 

Ziyalı xanım Həlimə Qarayevanın sözlərinə görə,atasının vaxtı ilə yaşadığı evi xatirəsinin  yaşadılması  üçün onun ev muzeyi  etmək istəyir.  Amma buna  maddi  imkanı yoxdur.

“Bu evi  atam öz  əli  ilə  tikib.Yadımdadır  ki,onda tələbə  idim.Evin tikintisi zamanı atama kömək də etmişəm. Atam 1987-ci ildə vəfat etdi. Onun vəfatından sonra  anamı da itirdik. Evə baxan  olmadı.Ailəmizin  maddi  imkanı olmadığından heç bir  təmir-bərpa  işləri görə   bilmədik.Atam  Berlinə  bayraq  sancanlardan  olub. Bu gün onun medalları ,təltifləri  suyun,toz-torpağın   içərisində  itib-batır.  Bu mənə bir övlad kimi əzab verir. Xahiş  edirəm ki, birinci vitse-prezident  Mehriban  Xanım  Əliyeva bu  məsələyə  kömək etsin.  Onun bu məsələlərdə  necə  diqqətcil  şəxs  olduğunu  bilirəm”,-  deyə  döyüşçünün qızı bildirib.

 

Qeyd edək  ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib.Bu Qələbənin əldə olunmasında çox böyük payı olan Azərbaycan xalqı özünün 640 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olub.Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar.

 


 

Müəllif: Müşərrəfxanım

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%