Bizə yazın

Baku

-°C

USD

-

Avtomobilin qarşısını kəsib 138 min manat apardılar - VİDEO

Tv-də baş verənlər 18 Dekabr 2024, 18:55

586

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib.

CityPost.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıb.

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər - 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xoşqədəm Hidayətqızı məhkəməyə verilir  —  Efirdə nə baş verib? (VİDEO)

"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən  qadın mətbuat vasitəi ilə  şikayətini ünvanlayıb.Bu barədə CityPost.az   saytına  müraciət edən  Pərvanə  Məhərrəmova  özü  məlumat verib.Qadının  sözlərinə  görə  Xoşqədəm  Hidayətqızının  müəllif  və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng  xəstəsi  olması barədə efirdə həqiqətə uyğun olmayan məlumat  səsləndirilib.  Bu saxta  məlumatdan  sonra  ailə dərin  sarsıntı keçirib .Daha  sonra  isə  əsl  həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib.Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmaması üzə çıxıb.“Mən ailə məsələlərimlə bağlı Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” verilişinə müraciət etdim. Verilişdə  problemlər müzakirə olunan  zaman  16 noyabr 2024-cü...

06 Mart 2025, 11:55

Oxuduğu yerdə ölən talış qızı - Şah ona saat verdi, körpə oğlu ilə birgə iki dəfə sürgün edildi  +VİDEO

Elə Azərbaycanlı qadınlar olub ki, onların yaşadıqlarına dözmək insandan kişi qüdrəti istəyir. Onlardan biri də 14 yaşı oğlu ilə iki dəfə sürgün edilən Cahan Talışinskayadır.

25 Fevral 2025, 11:21

Diqqət! Bu yolda dəyişiklik edildi: Cərimə oluna bilərsiniz

28 Yanvar 2025, 21:55

Nəzrinin ölümündə sirr pərdəsi: "Bona Dea" nın rəyi ilə ekspertizanın nəticəsi düz gəlmədi

ABŞ-də yaşayan araşdırmaçı  jurnalist  Qənirə  Ataşova  sosial media hesabında  plastik  cərrah Sənan  Mehdiyevin həbsi ilə bağlı çox ciddi faktlara, araşdırma mövzularına toxunub.   Qənirə Ataşova Nəzrin Mansurlunun ölümü ətrafında qaranlıq qalan suallara cavab tapılması üçün bir neçə fakt ətrafında sual ünvanlayıb.  Ölüm  faktı  Nizami  rayonunda baş versə də, cinayət  işinin təqibi  Nəsimi rayonunda aparılır.  İkinci sual: Xəstəyə əməliyyat həkimi Sənan Mehdiyevin göstərişi olmadan təcili yardım və adı bu günə qədər gizli  saxlanılan   həkimin  məsləhəti ilə evdə iynələr vurulub. Hansı ki, həmin iynələr immun salan, şok verən tərkibə malikdir. Üçüncü sual: Xəstə  “Liv Bona-Dea” klinikasına  gedərkən özü,anlaqlı vəziyyətdə daxil olub. Daha sonra xəstəni təbii olaraq,tibbin qaydalarına...

27 Yanvar 2025, 14:17

Oyunçu meydanda komanda yoldaşını vurub, qırmızı vərəqə alıb -VİDEO

Türkiyə Super Liqasının XXI turunda skandal yaşanıb. Citypost.az  xəbər verir ki, “Sivasspor” – “Kayserispor” matçında qonaq komandanın futbolçuları arasında münaqişə yaşanıb. Mikel Kardozo öz komanda yoldaşı Stefan Bahokenə fiziki müdaxilə edib. Nəticədə Kardozo qırmızı vərəqə alıb. Qeyd edək ki, görüş “Sivasspor”un 5:2 hesablı qələbəsi ilə nəticələnib.    

25 Yanvar 2025, 20:15

Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...

Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 saylı məktəbdə məktəbli qız dərs zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açıb. CityPost.az  xəbər verir ki, canlı yayım zamanı şagirdin qeyri-etik danışığına izləyicilər şərhlər yazaraq onu ruhlandırır. Təəssüf ki, bu hal da məktəblərdə ilk dəfə deyil. Şagirlərin telefonla bağlı problemi ilk dəfə deyil, bəs bunun qarşısın necə almaq olar? Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki, burada birbaşa məsuliyyət valideynin üzərinə düşür. Valideynlər övladların məktəbə yola salarkən onları telefonla bağlı təlimatlandırmalıdırlar. Çalışmalıyıq ki, şagirdlər məktəbə smartfon gətirməsinlər. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Mətbuat xidmətinin əməkdaşı Raminə Məmmədova deyib ki, hadisə ilə bağlı komissiya yaradılıb. Komissiya üzvləri şagirdin...

17 Yanvar 2025, 15:16