Bizə yazın

Baku

-°C

USD

-

Oxuduğu yerdə ölən talış qızı - Şah ona saat verdi, körpə oğlu ilə birgə iki dəfə sürgün edildi  +VİDEO

Tv-də baş verənlər 25 Fevral 2025, 11:21

5322

Elə Azərbaycanlı qadınlar olub ki, onların yaşadıqlarına dözmək insandan kişi qüdrəti istəyir. Onlardan biri də 14 yaşı oğlu ilə iki dəfə sürgün edilən Cahan Talışinskayadır.

CityPost.az  Oxu24.com  -a istinadən xəbər verir  ki,Cahan xanım Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi.

Cahanın gözəl musiqi duyumu olduğundan o, bacısının evindəki pianoda, tarda müxtəlif musiqilər ifa edirdi. Bacısının yanında qaldığı illərdə Azərbaycan Qızlar Seminariyasına daxil olur. Təhsil almaqla yanaşı Əli Bayramov klubundakı bədii özfəaliyyət dərnəyinə gedir.

1927-ci ildə Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olur. Elə həmin il ailə qurur. 1928-ci ildə oğlu Nazim dünyaya gəlir.

Övladı doğulan kimi Cahan xanım həyat yoldaşı Məmməd Hacıbəyovdan ayrılır. Cahan xanım bir çox konsertlərdə çıxış edir, Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxır.

O, həmçinin xalq mahnılarının, Azərbaycan muğamlarının gözəl ifaçısına çevrilir. Onunla bir dövrdə yaşayıb yaratmış musiqiçilərin sözlərinə görə Cahan xanımın ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz”, həmçinin “Qarabağ şikəstəsi” muğamları özünəməxsusluğu ilə seçilir. Xüsusilə “Qatar” muğamı onun repertuarının şah əsəri olur.

Çox vaxt onu Qatar Cahan da çağırırlar. 30-cu illərin əvvəlində Əfqanıstan şahı Əmənulla xan Bakıya səfər edir. Onun şərəfinə qonaqlıq verilir. Qonaqlıqdan sonra konsert proqramında iştirak edən Cahan xanımın ifası şahın xoşuna gəlir və minnətdarlıq əlaməti olaraq şahın xanımı qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alırlar. Növbəti gün saatı ona qaytaranda arxasında “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmış olur.

 

Davamı TV11-in videomaterialında...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib 

Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib.CityPost.az   paylaşımı təqdim edir:President Ilham Aliyev at the 80th session of the UN General Assembly pic.twitter.com/UARJcB9ex3— Ilham Aliyev (@presidentaz) September 26, 2025

26 Sentyabr 2025, 13:00

Adnan Əhmədzadə bundan narahatdır - Vəkili AÇIQLADI 

Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq.CityPost.az   xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında ötən həftəsonu həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev deyib.O, iş adamının şəxsi istəyi ilə vəkil kimi prosesə qatıldığını vurğulayıb.Ş.Mirzəyev A.Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunması haqda sualı cavablandırmaqdan imtina edib. Buna baxmayaraq, müvəkkili ilə İstintaq Təcridxanasında görüşdüyünü, A.Əhmədzadənin səhhətinin qaydasında olduğunu və özünü yaxşı hiss etdiyini bildirib....

22 Sentyabr 2025, 21:42

Keçmiş məcburi köçkün mənzildən çıxmaq üçün ev sahibindən pul istəyir - Video 

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.CityPost.az   Xezerxeber.az-a istinadən xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir. İddialara görə, o, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edir. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edir. Maraqlıdır ki, Mehriban Hüseynova səs yazısının ona aid olduğunu inkar etmir.Mənzilin əsl sahibi Səlminaz Verdiyeva isə deyir ki, öz evi ola-ola yataqxanada yaşayır. Ev sahibi bildirir ki, Mehriban...

26 Avqust 2025, 10:41

Rəqsanə apellyasiya şikayəti verdi 

İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.“Qafqazinfo”nun məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı maneə yaratmaz: “Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir”.Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib....

18 Avqust 2025, 11:30

Dövlət qurumlarının qaynar xətlərini niyə “don vurub”? - Video 

Dövlət qurumlarının əksəriyyətində “Qaynar xət”lərə düşmək müşkül hal alıb. Əslində bu xətlər problemin yox, həllin ünvanı olmalıdır. Lakin bəzi hallarda əksinə, əlavə stress mənbəyinə çevrilir.CityPost.az   xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.Vətəndaşlar arasında keçirilən sorğudan da bəlli olur ki, insanlar “Qaynar xət”lərin işlək olmamasından narazılıq edir.Süjetdə müxbir nümunə olaraq bir neçə qurumun “Qaynar xətt”i ilə əlaqə saxlamağa çalışsa da, bütün operatorların məşğul olduğu cavabını alıb.Ətraflı videomaterialı təqdim edirik:...

06 Avqust 2025, 11:10

Rusiyanın hava limanlarında nə baş verir? - VİDEO 

Rusiyanın "Şeremetyevo" Hava Limanında gərginlik yaranıb.CityPost.az  xəbər  verir   ki, Moskvanın Şeremetyevo hava limanında reysləri gecikən və ya təxirə salınan sərnişinlər üçün istirahət zonası yaradılıb.Bu  barədə  hava limanının ictimaiyyətlə əlaqələr üzrə direktoru Anna Zaxarçenkova bildirib.“Şeremetyevo hava limanında hava limanının əməkdaşları məlumat və pulsuz su ilə təmin etməklə yanaşı, sərnişinlərə hər cür köməklik göstərirlər, o cümlədən, istirahət yerləri və sərnişinlər üçün döşək paylanır”, - deyə o bildirib.Sərnişinlərin sözlərinə görə, döşəklər ilk növbədə uşaqlı ailələrə verilir.Miri...

22 İyul 2025, 14:22