Bizə yazın

Baku

-°C

USD

-

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq

Sənət aləmi 14 Aprel 2026, 14:08

3671

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılan “Bir millət- iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olacaq.

AZƏRTAC xəbər verir ki, aprelin 15-17-də İğdır, Qars və Ardahan şəhərlərində tamaşanın ilk premyerası keçiriləcək.

Layihəyə İğdır Valiliyi, Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu müvafiq dəstək göstərir.

İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ardahan Universitetində səhnələşdiriləcək əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə türkcəsinə Azərbaycanın Xalq artisti, tanınmış teatr-kino xadimi Cahangir Novruzov çevirib.

1850-ci ildə Azərbaycan dilində yazılmış komediyanın əsas qayəsi savadsızlığın, cəhalətin tənqid edilməsi, elmin insan həyatını dəyişməsi, insanı inkişafa çatdırması, Qərb və Şərq ziddiyyətləri, satira və yumordur

Problemlərinizi bizə bildirin

077 323 55 66

Film istehsalına dəstək üçün iki müsabiqə davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) 2026-cı il üzrə elan etdiyi “Birgə film istehsalına dəstək” və “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqələri davam edir.Citypost.az xəbər verir ki, birgə film istehsalına dəstək müsabiqəsi yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkili, həvəsləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə keçirilir. Müsabiqəyə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan şirkətləri ilə birgə layihələr təqdim oluna bilər.Ortaq ictimai xadimlər və tarixi hadisələrdən bəhs edən, ortaq dəyərlərimizin inkişafına, əlaqələrin güclənməsinə xidmət göstərən, adət-ənənələrimizi təbliğ edən filmlər, eləcə də uşaq filmləri müsabiqənin prioritet mövzularıdır.Müsabiqəyə qoşulmaq üçün layihənin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında”...

24 Noyabr 2026, 16:48

Azərbaycan Dövlət Film Fondunda korrupsiya ilə mübarizə MÜZAKİRƏ EDİLDİ

Noyabrın 24-də “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Dövlət Film Fondunda tədbir keçirilmişdir.Citypost.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun direktoru Cəmil Quliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” barəsində tədbir iştirakçılarına məlumat verdi. Korrupsiyanın dövlət və dövlətçilik üçün böyük təhlükə olduğunu, korrupsiya əməllərinə qarşı mübarizədə hər kəsin öz vətəndaşlıq borcunu yerinə yetirməli olduğunu qeyd etdi, belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini vurğuladı.Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin...

24 Noyabr 2026, 15:15

Hicabsız mahnı oxuyan məşhur müğənniyə - Ağır cəza verildi

İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi və komandasının dörd üzvü hicabsız və qolsuz geyimdə canlı konsert verdiklərinə görə Qum şəhərində şallaq cəzasına məruz qalıblar.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, BBC-yə danışan müdafiə tərəfinin vəkilinin sözlərinə görə, bazar ertəsi günü müğənni, üç musiqiçi və bir prodüserin hər birinə 74 şallaq zərbəsi vurulub.Pərəstu Əhmədi 2024-cü ilin dekabrında “YouTube” kanalında canlı yayımlanan konsertdə səhnəyə başıaçıq və qolsuz libasda çıxıb. İran qanunvericiliyi qadınların ictimai konsertlər verməsini qadağan edir və məcburi hicab tələb edir.Bu ilin iyun ayında Qum Cinayət Məhkəməsi Əhmədini və daha səkkiz nəfəri “ədəbsiz və uyğunsuz məzmun” yaymaqla “ictimai əxlaqı pozmaqda” təqsirli bilib....

24 Noyabr 2026, 10:05

Aqşin Fatehin daha bir restoranı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb.Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb.Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Həmin uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək...

24 Noyabr 2026, 07:15

Hüseyn Mehdiyev: “Kino sənaye parkı” «Azərbaycanfilm»in məhvinə aparan növbəti addımdır

Azərbaycan kinorejissoru və kinooperatoru Hüseyn Mehdiyev Azərbaycan kino sənayesinin vəziyyəti ilə bağlı paylaşım edib.O, paylaşımında “Kino sənaye parkı” layihəsini tənqid edərək bunun 100 ildən artıq tarixə malik “Azərbaycanfilm” kinostudiyasının məhvinə aparan növbəti addım olduğunu bildirib.Turan 

24 Noyabr 2026, 00:42

Süni intellekt milli musiqilərin özünəməxsusluğunu itirə bilər – Tanınmış tarzəndən XƏBƏRDARLIQ

Süni intellekt və dünya musiqi mədəniyyətlərinin homogenləşməsiSüni intellektin musiqi istehsalına sürətlə nüfuz etməsi ilə dünya musiqi mədəniyyətlərinin özünəməxsusluğu, fərqli səslənmə estetikası və milli musiqi kimliyi ciddi müzakirə mövzusuna çevrilir. Texnologiyanın yaratdığı imkanlar nə qədər geniş olsa da, onun musiqi yaradıcılığında müəyyən bir standartlaşma və homogenləşmə tendensiyası formalaşdırdığı müşahidə olunur.Hər bir xalqın musiqisi onun tarixi yaddaşının, etnik kimliyinin, coğrafiyasının, həyat tərzinin və estetik düşüncəsinin səsə çevrilmiş ifadəsidir. Hindistan musiqisinin sitar, bansuri və tabla ilə formalaşan özünəməxsus modal və ritmik dünyası; Azərbaycan musiqisinin tar, kamança, saz və milli ifaçılıq ənənələri; Monqolustanın morin xuur alətində təcəssüm edən köçəri ruhu; Özbək musiqisinin dutar, karnay...

24 Noyabr 2026, 00:35