Bizə yazın

Baku

-°C

USD

-

Fələstin səfirliyi Azərbaycanın dəstəyinə görə minnətdarlığını bildirib

Siyasət 06 Noyabr 2026, 11:39

407

2026-cı il ərzində Fələstinin Azərbaycandakı iştirakı daha geniş miqyas alıb.

Bu barədə Citypost.az-a Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, bu fəallıq Fələstin Dövləti ilə Azərbaycan Respublikası arasında mövcud dostluğun təməlində yeni əməkdaşlıq imkanları yaratmağa və münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş ortaq iradəni əks etdirir.

Xatırladılıb ki, 2026-cı il avqustun 3-də Prezident İlham Əliyev həmin ilin iyulun 10-da iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb: “Bu addım səfirliyin fəaliyyətinin davamlılığına, ikitərəfli əlaqələrin və birgə təşəbbüslərin əlaqələndirilməsini davam etdirmək imkanlarına dəstək kimi qiymətləndirilir”.

Qeyd olunub ki, 2026-cı ilin iyul ayında açıqlanmış rəsmi məlumatlara əsasən, Azərbaycanda təhsil alan fələstinli tələbələrin sayı 37 nəfər olub. Onlardan 23 nəfəri “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alır.

Bəyanatda 2025-ci ilin sentyabr ayında Qəzza zolağından 14 fələstinli tələbənin Azərbaycanda təhsilini davam etdirməsi üçün təxliyəsinin təşkil edildiyi diqqətə çatdırılıb.

Səfirliyin bəyanatında vurğulanıb ki, Azərbaycan 2024-cü il mayın 10-da BMT Baş Assambleyasının Fələstin Dövlətinin üzvlüyə uyğunluğunu təsdiqləyən və Təhlükəsizlik Şurasına onun müraciətinə yenidən müsbət yanaşmağı tövsiyə edən qətnaməsinin lehinə səs verib. Həmçinin, 2025-ci il sentyabrın 12-də Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həll modelinin həyata keçirilməsi barədə Nyu-York Bəyannaməsinin qəbulunu dəstəkləyib. 2026-cı ildə də rəsmi görüşlərdə və çoxtərəfli platformalarda bu mövqe ardıcıl şəkildə təsdiqlənib.

“Bütün bu dəstək mövqelərinə və təşəbbüslərə əsaslanaraq, Fələstin Dövlətinin Səfirliyi Fələstin xalqına göstərilən dəstəyə, fələstinli tələbələrə və nümayəndə heyətlərinə nümayiş etdirilən diqqət və əməkdaşlığa görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına dərin təşəkkürünü və minnətdarlığını bildirir. Səfirlik bu dostluq münasibətlərini yüksək qiymətləndirir və onların qarşılıqlı hörmət və davamlı əməkdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsi imkanlarına inamla yanaşır. Fələstin–Azərbaycan münasibətlərində Fələstinin artan iştirakı, davamlı siyasi, institusional və mədəni əlaqələr iki ölkə arasında əməkdaşlığın daha dərin mərhələsinə keçid üçün zəmin yaradır”, - bəyanatda qeyd olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Politoloq: Müsəlman kimliyi ABŞ siyasətçisinin Yaxın Şərq kursunu müəyyən etmir

ABŞ-ın Yaxın Şərqdə və ona bitişik regionlarda mövqelərinin zəiflədiyi bütün dövrlərdə Vaşinqtonun daxili siyasi proseslərində bu regionlarla bağlı olan siyasətçilər meydana buraxılır.Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdani və dünən Miçiqan ştatından ABŞ Senatına seçilən ilk müsəlman senator Abdul El-Sayed faktorunu da belə qəbul etmək lazımdır.ABŞ-da siyasətçinin kursunu onun dini və etnik mənsubiyyəti deyil, təmsil olunduğu siyasi qrupun kursu müəyyən edir.Məsələn, müsəlman keniyalının oğlu olan Barak Obamanın prezidentliyi dövründə baş verənləri xatırlamaq kifayətdir.Onun müsəlman kökləri ilə bağlı formalaşdırılan gözləntilərə baxmayaraq, Obama administrasiyası ABŞ-ın ən sərt Yaxın Şərq siyasəti yürüdən administrasiyası oldu.Liviyaya müdaxilə, regionda hər ikinci ölkədə hərbi əməliyyatlar və onların ağır...

06 Noyabr 2026, 00:57

Vüsal Məmmədov: “Narsis-liderlər bütün dünyanı fəlakətə aparırlar”

Jurnalist Vüsal Məmmədov ABŞ-də keçirilən seçkilərin nəticələrini və Donald Trampın məğlubiyyətə münasibətini şərh edərək respublikaçıların ənənəvi dəstək qazandığı bir sıra ştatlarda demokratların qələbəsini diqqətə çatdırıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək Kanzas, Texas, Ohayo, Şimali və Cənubi Karolina kimi ştatlarda seçki nəticələrinin dəyişməsini siyasi baxımdan ciddi siqnal kimi qiymətləndirib .Vüsal Məmmədov qeyd edib ki, Kanzasda 1932-ci, Texasda isə 1988-ci ildən bəri respublikaçılar ənənəvi olaraq qələbə qazansalar da, bu dəfə həmin ştatların demokratlara səs verdiyi bildirilir. Onun fikrincə, xüsusilə Texasda nəticələrin dəyişməsi diqqətəlayiqdir. Jurnalist vurğulayıb ki, respublikaçı namizədin seçkiqabağı kampaniyasına təxminən 500 milyon dollar xərclənməsinə baxmayaraq, bu vəsait...

06 Noyabr 2026, 00:30

Azərbaycan səfiri Binəli Yıldırımı ziyarət etdi

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Asıanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırımı ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyindən bildirilib.Görüş zamanı TDT çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

05 Noyabr 2026, 23:33

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az  xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli İlham Heydər oğlu.Dəyərli qardaşım.Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və Vətənin taleyi naminə göstərdiyiniz əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.Ölkənin siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində göstərdiyiniz böyük...

05 Noyabr 2026, 18:52

Ərdoğanı Bakıya gətirən SƏBƏB...

Türkiyə Cumhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır.Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.O bildirib ki, iki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil:"2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imzaladıqda, bu rəsmi Bakının narazılığına səbəb oldu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşmasə anlaşılmırdı....

05 Noyabr 2026, 13:59

Ərdoğan Zəfər Günü Azərbaycana GƏLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.Citypost.az “Oxu.Az”a istinadən xəbər verir ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

05 Noyabr 2026, 12:39