Rövşən Muradov: Azərbaycan–Vyetnam əlaqələri yeni mərhələyə qədəm qoyur
Siyasət 20 Noyabr 2026, 10:05
586
Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində diplomatik fəallığı yalnız iqtisadi tərəfdaşların coğrafiyasını genişləndirmək məqsədi daşımır. Bu siyasətin arxasında beynəlxalq münasibətlərin dəyişən xarakterini düzgün qiymətləndirmək, yeni siyasi və iqtisadi imkanlardan milli mənafelərə uyğun istifadə etmək kimi daha geniş strateji yanaşma dayanır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də Azərbaycan–Vyetnam münasibətlərinin gələcəyinə məhz bu müstəvidən baxmağa əsas verir. Burada diqqəti cəlb edən başlıca məqam tarixən formalaşmış dövlətlərarası əlaqələrin müasir geosiyasi şəraitdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sisteminə çevrilməsidir.
Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.
Rövşən Muradovun sözlərinə görə, Bakı ilə Hanoy arasında siyasi münasibətlərin dəyəri, ilk növbədə, dövlətçilik prinsiplərinə münasibətdə özünü göstərir. Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək, xüsusilə 2020-ci il Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi mövqe iki ölkə arasındakı siyasi etimadın mühüm göstəricisidir. Bu münasibətlərin tarixi əsasları isə daha əvvələ gedib çıxır. Ho Şi Minin 1959-cu ildə Bakıya, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə inkişaf edən əlaqələr Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri nəticəsində müasir dövlətlərarası məzmun qazanmışdır. 2025-ci ildə Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi həmin siyasi ardıcıllığın institusional təsdiqi olmuşdur.Bu tərəfdaşlığın beynəlxalq əhəmiyyətini qiymətləndirərkən Vyetnamın Asiya–Sakit okean regionundakı mövqeyi nəzərə alınmalıdır. ABŞ və Çin arasında texnoloji, iqtisadi və hərbi-siyasi rəqabətin intensivləşdiyi şəraitdə Cənub-Şərqi Asiya dünya siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Vyetnam müxtəlif güc mərkəzləri ilə münasibətlərini inkişaf etdirməklə öz iqtisadi və siyasi imkanlarını genişləndirməyə çalışır. Azərbaycan da beynəlxalq əməkdaşlıqda müstəqil qərarvermə hüququnu qorumağı və milli maraqlarını əsas götürməyi prinsipial xətt kimi müəyyənləşdirib. Bu baxımdan iki ölkə arasında yaxınlaşma hər hansı geosiyasi qütbləşmənin tərkib hissəsi kimi deyil, dövlətlərin suveren seçimlərinə əsaslanan praqmatik diplomatiyanın nümunəsi kimi dəyərləndirilməlidir.
Deputat qeyd edib ki, İqtisadi əməkdaşlığın gələcək istiqamətləri də həmin siyasi məntiqə uyğun formalaşmalıdır. Vyetnamın inkişaf etmiş istehsal və ixrac imkanları, Azərbaycanın enerji resursları və beynəlxalq nəqliyyat infrastrukturu qarşılıqlı faydalı layihələr üçün əhəmiyyətli zəmin yaradır. SOCAR ilə PetroVietnam arasında əlaqələr, Vyetnam sərmayədarlarının ölkəmizin infrastruktur və bərpaolunan enerji sektorlarına marağı əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir. Lakin əsas vəzifə qarşılıqlı ticarətin genişlənməsi ilə kifayətlənmədən texnoloji biliklərin ötürülməsinə, sənaye kooperasiyasına və yeni istehsal imkanlarının yaradılmasına nail olmaqdır. Azərbaycanın Orta Dəhliz üzərindəki mövqeyi də bu kontekstdə qiymətləndirilməlidir. Nəqliyyat marşrutlarının iqtisadi əhəmiyyəti onların mövcudluğu ilə deyil, beynəlxalq yük axınlarına inteqrasiyası və milli iqtisadiyyata qazandırdığı real gəlirlərlə ölçülür.Azərbaycan–Vyetnam əlaqələrinin diqqətəlayiq cəhətlərindən biri də əməkdaşlığın yalnız hökumətlərarası təmaslarla məhdudlaşmamasıdır. Parlamentlər, siyasi partiyalar, elmi müəssisələr və işgüzar dairələr arasında münasibətlər siyasi qərarların daha geniş institusional əsaslarda həyata keçirilməsinə şərait yaradır. Vaxtilə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssisin mövcudluğu, Heydər Əliyev Fondunun humanitar fəaliyyəti və davam edən mədəni əlaqələr iki xalq arasında uzun illər ərzində formalaşmış münasibətlərin ictimai əsaslarını qoruyur. Belə bir təcrübə müasir diplomatiyada mühüm əhəmiyyət daşıyan insan kapitalı və qarşılıqlı ictimai etimad amillərinin inkişafına xidmət edir.
Həmçinin oxuyun
Rövşən Muradov vurğulayıb ki, Vyetnam Kommunist Partiyasının Baş katibi və ölkə Prezidenti To Lamın dəvəti ilə Prezident İlham Əliyevin noyabrın 19-da başladığı rəsmi səfər münasibətlərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Bu səfərin başlıca əhəmiyyəti 2025-ci ildə əldə edilmiş strateji razılaşmaların icra mexanizmlərinin gücləndirilməsi, iqtisadi təşəbbüslərin konkretləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində siyasi koordinasiyanın genişləndirilməsi imkanları ilə bağlıdır. Azərbaycan üçün burada əsas prinsip dəyişməzdir: xarici siyasətin hər bir istiqaməti dövlətimizin suverenliyini möhkəmləndirməli, iqtisadi müstəqilliyini gücləndirməli və beynəlxalq münasibətlərdə milli mənafelərini təmin etməlidir. Azərbaycan–Vyetnam tərəfdaşlığının gələcək siyasi dəyəri də məhz bu prinsiplər əsasında əldə olunacaq praktik nəticələrlə müəyyənləşəcək.
Turan Etibaroğlu
Pərvanə Vəliyeva: Ağdamın azad edilməsi tarixi ədalətin bərpasının təntənəsidir
20 Noyabr tarixi Ağdamın uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, dövlətimizin siyasi iradəsini və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar bir gündür. Ağdam Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli kimliyinin, zəhmətsevərliyinin və Qarabağ torpağına bağlılığının rəmzidir. Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, kənd təsərrüfatı potensialı və zəngin təbii sərvətləri onun iqtisadi inkişafında mühüm rol oynamışdır. Ağdamın tanınmış abidələri sırasında Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni nümunələr xüsusi yer tutur.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın...
20 Noyabr 2026, 09:52
Prezident İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub.Bu barədə Citypost.az xəbər verib.
20 Noyabr 2026, 09:23
İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.Bu barədə Citypost.az xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.
20 Noyabr 2026, 08:51
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib.Bu barədə Citypost.az xəbər verir ki,abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
20 Noyabr 2026, 08:48
Qulamhüseyn Əlibəyli: Paşinyan hakimiyyəti öz əlində cəmləşdirir
Ermənistanda yeni konstitusiya layihəsi hələ ictimaiyyətə tam açıqlanmayıb, amma ondan gələn ilk konkret xəbər maraqlıdır. Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" qəzetinə təsdiqləyib ki, yeni Əsas Qanunda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulmur. Qəzet bu açıqlamanı belə şərh edib ki, yeni Konstitusiya qəbul olunarsa, hazırda bu vəzifəni tutan Alen Simonyan postunu itirəcək. Bu açıqlamaya və qəzetin şərhinə 2 aspektdən yanaşmaq olar. Birincisi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etdiyi və əsas funksiyası təsbit olunur. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi digər...
20 Noyabr 2026, 00:59
Aydın Quliyev:“Vətəndaş qarşıdurmasına bir addım da yaxınlaşdı”
“Bakı xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist və politoloq Aydın Quliyev Türkiyədə siyasi vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda AK Parti hökumətinin siyasi rəqiblərə qarşı atdığı addımları tənqid edib və bunun ölkədə vətəndaş qarşıdurması riskini artırdığını bildirib.Aydın Quliyev qeyd edib ki, Türkiyənin ən güclü siyasi rəqiblərinə qarşı “siyasi fəaliyyət yasağı” tətbiq olunması ciddi narahatlıq doğurur. Politoloq bu hadisələrin Türkiyənin siyasi tarixində baş verən oxşar prosesləri xatırlatdığını vurğulayıb.O, 1961-ci ildə Adnan Menderesin edamından sonra Türkiyədə siyasi rəqiblərə dəfələrlə qadağalar qoyulduğunu xatırladaraq, həmin qərarların hansı nəticələrə səbəb olduğunu yada salacağını bildirib.“Qardaş Türkiyə bizə əziz...
20 Noyabr 2026, 00:48