Prezident məktub yazdı
Siyasət 25 Fevral 2025, 11:54

739
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha məktub ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
“25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan dostluq münasibətlərimizin və əməkdaşlığımızın inkişaf dinamikası bizi sevindirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı ayrıca vurğulamaq istərdim.
Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.Əvvəlcə xatirə fotosu çəkdirildi.Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.Prezident İlham Əliyevin çıxışı-Xanımlar və cənablar!Sabahınız xeyir, Bakıya xoş gəlmisiniz.Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq...
13 Mart 2025, 19:28

"Sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir"-Paşinyan
Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.Paşinyanın sözlərinə görə, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edib. Paşinyan vurğulayıb ki, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək.O qeyd edib ki, Ermənistan Respublikası ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində nəqliyyat yollarını açmağa hazırdır....
13 Mart 2025, 19:19

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.
13 Mart 2025, 19:00

Ceyhun Bayramov: Azərbaycan və İtaliya etibarlı tərəfdaşdır
Azərbaycan və İtaliya etibarlı tərəfdaşdır.
13 Mart 2025, 18:47

Prezident BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.Citypost.az xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri...
13 Mart 2025, 18:05

İrəvan təkliflərimizi qəbul etdi, sülh danışıqları yekunlaşdı
Sülh Sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.
13 Mart 2025, 15:42