Dumanlı hava şəraitinin səbəbi məlum olub
Cəmiyyət 11 Mart 2025, 16:00

309
Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
Bu barədə Citypost.az -ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
"İnversiya dumanının yaranması əsasən temperaturun paylanmasından asılı olur. Belə ki, normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanın temperaturu aşağı enir. İnversiya adlanan şəraitdə bu qayda pozulur və yuxarı qalxdıqca temperatur artır. Nəticədə az hərəkətli hava kütlələri daxilində dumanın yaranması üçün əlverişli şərait olur", - açıqlamada qeyd olunub.
Bildirilib ki, dumanlı hava şəraiti əsasən səhər və axşam saatlarında müşahidə olunur. Gündüz yerüstü temperaturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gün üstünlük təşkil edən zəif cənub-şərq hava axınları dumanın davamiyyətli olmasına şərait yaradır.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah duman olacaq, temperatur 25 dərəcəyə yüksələcək
Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə
12 Mart 2025, 13:00

Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
12 Mart 2025, 12:59

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.
12 Mart 2025, 12:30

Dövlət Komitəsi: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır
Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.
12 Mart 2025, 12:14

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
12 Mart 2025, 12:00

Bu il narkotiklə bağlı 1521 cinayət faktı aşkarlanıb
Bu ilin yanvar-favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanıb.
12 Mart 2025, 11:46