Abituriyentlərin diqqətinə: Keçid balları dəyişir
Cəmiyyət 11 Mart 2025, 16:18

361
İlkin proqnozlara görə, buraxılış imtahanlarının nəticələri yüksək olacaq. Əgər blok imtahanlarında da oxşar göstəricilər əldə olunarsa, prestijli ixtisaslarda keçid ballarında 3-5 ballıq artım müşahidə edilə bilər. Bununla belə, bəzi az tələbat olan ixtisaslar üzrə keçid ballarının nisbətən aşağı olacağı gözlənilir.
Citypost.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi builki imtahanların nəticələri ilə bağlı proqnozlarını bölüşərkən deyib.
Onun sözlərinə görə, abituriyentlər arasında aparılan sorğular da builki imtahanların əvvəlki illərə nisbətən oxşar çətinlik səviyyəsində olduğunu göstərir. Bu baxımdan, keçən ilin nəticələri nəzərə alınarsa, bu il də oxşar və ya daha yüksək nəticələr gözlənilir:
“Xüsusilə 5-ci ixtisas qrupu üzrə qəbul ballarında artımın olacağı ehtimal edilir. Çünki bu istiqamətdə qəbul birbaşa buraxılış imtahanlarının nəticələrinə əsaslanır”.
Təhsil eksperti abituriyentlər arasında aparılan sorğuların nəticələrini də bölüşüb. Belə ki, 2694 nəfər arasında keçirilən sorğunun nəticələri belədir:
– 300-dən yuxarı bal toplayanların sayı keçən ilə nisbətən daha çox olacaq;
– 251-300 bal aralığında nəticə göstərənlər – təxminən 22%;
– 201-250 bal aralığında nəticə göstərənlər – təxminən 16%;
– 151-200 bal aralığında nəticə göstərənlər – təxminən 30%;
– 100 baldan aşağı nəticə göstərənlər – təxminən 20-25%.
Qeyd edək ki, buraxılış imtahanının cavabları və ixtisas seçimi ilə bağlı yeniliklər barədə rəsmi açıqlamalar yaxın zamanda gözlənilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah duman olacaq, temperatur 25 dərəcəyə yüksələcək
Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə
12 Mart 2025, 13:00

Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
12 Mart 2025, 12:59

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.
12 Mart 2025, 12:30

Dövlət Komitəsi: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır
Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.
12 Mart 2025, 12:14

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
12 Mart 2025, 12:00

Bu il narkotiklə bağlı 1521 cinayət faktı aşkarlanıb
Bu ilin yanvar-favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanıb.
12 Mart 2025, 11:46