Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib
Cəmiyyət 19 Aprel 2025, 19:05

380
Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.
CityPost.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mətbuat konfransında bildirib.
“Bu proqram Ukrayna və Azərbaycan arasında əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır”, - o deyib.
Qusev bir həftə əvvəl daha bir qrup ukraynalı uşağın istirahət və reabilitasiya üçün Azərbaycana gəldiyini və onlar üçün bu gün Pasxa bayramları münasibətilə “Gələcək naminə uşaqlar üçün. Ukrayna - Azərbaycan” xeyriyyə məqsədli bədii tədbir çərçivəsində xeyriyyə konsertinin təşkil olunduğunu bildirib.
Ukrayna səfirliyinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsi zamanı valideynləri ölmüş və ya itkin düşmüş 29 uşaq hazırda Azərbaycanda reabilitasiya olunur.
Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə qeyd edib ki, bugünkü tədbir iki ölkə arasında humanitar əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
“Hər kəsə məlum olduğu kimi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və hər zaman Ukrayna xalqının yanındadır. Ümid edirik ki, müharibə tezliklə bitəcək, ukraynalı və azərbaycanlı uşaqlar gələcəkdə daha çox birgə tədbirlər keçirəcəklər”, - o qeyd edib.
Hərbi əsirlərlə iş üzrə koordinasiya qərargahının nümayəndəsi və “Gələcəyin adamları” layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk bildirib ki, indiyədək “Gələcək naminə uşaqlar üçün” xeyriyyə aksiyasında 3 mindən çox ukraynalı uşaq iştirak edib.
“Bu layihə artıq dünyanın 20-yə yaxın ölkəsində həyata keçirilib. Layihə uşaqların sosiallaşması, dəstək, o cümlədən psixoloji dəstək, onların təhsili, həmçinin idman baxımından inkişafına yönəlib”, - o əlavə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
Aprelin 21-də Abşeron yarımadasında tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən
20 Aprel 2025, 16:16

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ
Aprelin 22-dən 24-nə qədər Yer kürəsində G1 və G2 səviyyəsində maqnit qasırğalarının baş verməsi ehtimal olunur.
20 Aprel 2025, 15:03

Bu gün buraxılış imtahanı keçirildi
20 aprel 2025-ci il tarixində Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan və Cəbrayılda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.Mərkəzdən ...
20 Aprel 2025, 14:33

Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür
Bu gün Xalq artisti, qüdrətli gülüş ustası, səhnəmizin parlaq ulduzu Nəsibə Zeynalovanın anadan olmasından 109 il ötür.Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb.Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib.Onda balaca...
20 Aprel 2025, 13:42

“Oğlum həbs edilməyib, yanımdadır” - Şərurlu İsfəndiyar
Xəbər verdiymiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.
20 Aprel 2025, 13:23

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən
20 Aprel 2025, 12:55