Bizə yazın

Baku

-°C

USD

-

Martın 18-dən indiyədək Qəzzada 595 uşaq ölüb

Dünya 20 Aprel 2025, 12:35

278

Fələstin İnsan Haqları Mərkəzi İsrailin martın 18-i səhər Qəzza zolağına şiddətli hücumlarından sonra 595 uşaq və 308 qadını öldürdüyünü bildirib.

CityPost.az xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən etibarən uşaq ölümlərinin ümumi sayı 18 044 nəfərə, qadın ölümlərinin sayı isə 12 402 nəfərə yüksəlib.

Bəyanatda 2025-ci il yanvarın 19-da başlayan atəşkəs prosesində belə soyqırım cinayətlərinin tam dayanmadığı və bu prosesin yavaş-yavaş insanların ölümünə səbəb olan kövrək atəşkəs kölgəsi altında davam etdiyi bildirilib.

"Dünyanın Qəzzada baş verənlərin soyqırım olduğunu açıq şəkildə qəbul etməsi üçün daha nə qədər uşaq və qadının öldürülməsinə ehtiyac var? Təxminən 18 min uşağın və 13 min qadının qətlə yetirilməsinə beynəlxalq ictimaiyyət tərəfindən hələ də açıq-aşkar qınaq olmaması faktı böyük mənəvi və insani ayıbdır", - Qəzzadakı İnsan Hüquqları Mərkəzinin direktoru Raje əl-Surani bildirib. 

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1783 fələstinli həyatını itirib, 4683 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 51 min 157, yaralıların sayı isə 116 min 724-ə yüksəlib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Netanyahu: Qəzzada döyüşləri davam etdirməkdən başqa seçim yoxdur

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin Qəzzada döyüşləri davam etdirməkdən başqa seçimi yoxdur və HƏMAS-ı məhv edənə, girovları azad edənə və ərazinin İsrail üçün təhlükə yaratmayacağına əmin olana qədər müharibəni dayandırmayacaq.

20 Aprel 2025, 16:27

BMT Ukraynanın 2029-cu ilə qədər döyüşmək qabiliyyətini elan edib 

Ukrayna Silahlı Qüvvələri Almaniya və digər Qərb müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə 2029-cu ilə qədər müharibə apara biləcək.

20 Aprel 2025, 14:44

Quterreş ABŞ-ın Yəmənə hava hücumundan narahatdır

BMT-nin sözçüsü Stefan Dujarrik verdiyi açıqlamada, BMT-nin baş katibi Antonio Quterreşin ABŞ-ın aprelin 17 və 18-də Yəmənin Ras İsa limanına və onun ətrafına çoxlu sayda mülki itki, o cümlədən beş yardım işçisinin yaralanmasına səbəb olduğu hava hücumlarından ciddi narahat olduğunu bildirib.

20 Aprel 2025, 14:00

Lavrov "İstəklilərin Koalisiyası"nın məqsədlərini açıqlayıb 

"Ukraynaya dəstək vermək "İstəklilərin Koalisiyası" əslində öz üstünlüyünü nümayiş etdirməyə çalışır".

20 Aprel 2025, 13:53

Çin nüvə olmayan hidrogen bombasını uğurla sınaqdan keçirib

Çin alimləri tərkibində radioaktiv materiallar olmayan prinsipial olaraq yeni tipli partlayıcı qurğunu uğurla sınaqdan keçiriblər.

20 Aprel 2025, 13:00

Zelenski: Rusiya ordusu atəşkəs təəssüratı yaratmağa çalışır, lakin...  

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir.

20 Aprel 2025, 12:47