Zaqatalada doğuş zamanı körpə ölüb
Hadisə 20 Aprel 2025, 13:08

136
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
CityPost.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.
Rayonun Muxax kənd sakini 33 yaşlı Günei Kamil qızı Əliyeva bu gün səhər saat 08 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. G. Əliyevanın ailə üzvlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, G. Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.
Zaqatala RMX-nın mama ginekoloqları Rəna və Mehriban həkimlər tərəfindən qeysəriyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verib.
Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.(apa)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sumqayıtda yanğın olub
Sumqayıtda yanğın baş verib.
20 Aprel 2025, 14:52

DİN antinarkotik təbliğatı ilə bağlı sosial çarx hazırlayıb - VİDEO
DİN-dən daha bir çağırış: “Narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir”.Citypost.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb.Sosial çarxda narkotikin təkcə ondan istifadə edənlərin yox, doğmalarının da həyatını necə məhv etdiyi göstərilir.
20 Aprel 2025, 11:55

Sumqayıtda 51 yaşlı kişinin meyiti aşkarlanıb
Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.Faktla bağlı araşdırma aparılır.
20 Aprel 2025, 11:07

İsfəndiyarın oğlu əvvəl niyə həbs olunubmuş? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib.CityPost.az xəbər verir ki, musavat.com həbsin səbəblərini araşdırıb. Məlum olub ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.Baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov...
20 Aprel 2025, 10:51

Qazaxda 4 nəfər dəm qazından zəhərləndi
Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
19 Aprel 2025, 18:59

“Oğluma zəng edərək onu və qardaşını öldürəcəyini dedi”
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir. Bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir. “Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin...
19 Aprel 2025, 14:18