Bizə yazın

Baku

-°C

USD

-

Bu şagirdlər sabahkı imtahanda iştirak etməyəcəklər - SƏBƏB  

Cəmiyyət 19 Aprel 2025, 19:22

438

Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.

CityPost.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.

Quba-Xaçmaz Regional təhsil idarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bölgə müxbirinə bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.

P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq  

Aprelin 21-də Abşeron yarımadasında tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən 

20 Aprel 2025, 16:16

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ  

Aprelin 22-dən 24-nə qədər Yer kürəsində G1 və G2 səviyyəsində maqnit qasırğalarının baş verməsi ehtimal olunur.

20 Aprel 2025, 15:03

Bu gün buraxılış imtahanı keçirildi 

20 aprel 2025-ci il tarixində Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan və Cəbrayılda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.Mərkəzdən ...

20 Aprel 2025, 14:33

Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür  

Bu gün Xalq artisti, qüdrətli gülüş ustası, səhnəmizin parlaq ulduzu Nəsibə Zeynalovanın anadan olmasından 109 il ötür.Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb.Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib.Onda balaca...

20 Aprel 2025, 13:42

“Oğlum həbs edilməyib, yanımdadır” - Şərurlu İsfəndiyar  

Xəbər verdiymiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.

20 Aprel 2025, 13:23

Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ  

Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən 

20 Aprel 2025, 12:55