Sahibə Qafarova Rusiyada mühüm iclasda çıxış etdi
Siyasət 18 Aprel 2025, 18:22

281
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.
CityPost.az xəbər verir ki, Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu xüsusi qeyd edən Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.
S. Qafarova bu tarixi Qələbədə Azərbaycan neftinin böyük rolundan danışaraq bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü.
Spiker qeyd edib ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə Prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamlar – müharibə veteranlarına göstərilən qayğının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi bunun bariz sübutudur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Pezeşkian Azərbaycana səfər edəcək
"İran prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində Azərbaycana böyük nümayəndə heyəti gələcək".
18 Aprel 2025, 15:00

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
18 Aprel 2025, 11:28

Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Aprelin 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.
17 Aprel 2025, 19:19

Milli Məclisin sədri Rusiyaya səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
17 Aprel 2025, 12:20

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.
17 Aprel 2025, 12:06

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Gürcüstan Prezidenti ilə görüşdən görüntülər paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "X" hesabında dövlət başçısının Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündən görüntülər paylaşılıb.
16 Aprel 2025, 21:42