Eyvazlı gömrük postu bağlandı - Rəsmi
Cəmiyyət 22 Aprel 2025, 12:16

287
Qubadlı rayonu ərazisində yerləşən Eyvazlı gömrük postu hazırda fəaliyyət göstərmir.
Bu barədə CityPost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Gömrük postunun niyə bağlandığı açıqlanmayıb.
Qeyd edək ki, Qubadlı rayonunda yerləşən Eyvazlı gömrük postu 44 günlük müharibədən sonra, 11 sentyabr 2021-ci ildə qurulub. İşğal illərində İrandan Ermənistana gedən yolun bəzi hissələri Azərbaycan ərazisindən keçirdi. 44 günlük müharibədən sonra sərhədlərimizi bərpa edən ordumuz sözügedən yolun Azərbaycan ərazisindən keçən hissəsini nəzarətə götürdü və yolda sərhəd-keçid məntəqəsi quruldu, 11 sentyabr 2021-ci ildən isə Eyvazlı gömrük postu fəaliyyətə başladı.
Həmçinin oxuyun
2022-ci ilin yanvarına qədər Eyvazlı gömrük postundan büdcəyə 2 milyon manata yaxın vəsait daxil olmuşdu.
Daha sonra Ermənistan Azərbaycandan keçən yola alternativ Tatev yolunu istifadəyə verdi. Tatev yolu əlverişsiz, kəskin döngələr və yük maşınlarının hərəkəti üçün münasib olmasa da, İran yük maşınları gömrük rüsumu ödəməmək üçün bu yoldan istifadə edir. Nəticədə hər gün İran yük maşınlarının qəzaya düşdüyü haqda məlumat oxuyuruq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bəzi çaylarda sululuq artıb
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Avtomat hidroloji stansiyaların aprelin 23-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlü və Tərtərçay-Kəlbəcərdə 13 sm, Tərtərçay-Vəngdə 5 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində səviyyə 19 sm artıb, su sərfi 670 m3/san olmaqla normanın 94%-ni təşkil edir....
23 Aprel 2025, 11:00

Dünən bank kartlarından 22 min manat oğurlanıb
Aprelin 22-də vətəndaşların bank kartlarından 21 139 manat və 25 dollar oğurlanıb.DİN-dən CityPost.az-a verilən məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,...
23 Aprel 2025, 10:30

FHN-dən sürücülərə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.Bu barədə CityPost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, bu çərçivədə son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi bu yanğınların əsas səbəblərindəndir:"Təəssüflə qeyd edilməlidir ki, təkcə 2025-ci ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 108 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha...
23 Aprel 2025, 10:18

Dövlətə xəyanətdə ittiham olunurdu, ağır cəza verildi
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.CityPost.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətl maddəsi ilə verilmiş ittiham dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.Hökmə əsasən Svetliçnıy İvan Nikolayeviç 16 il 1 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilirdi....
22 Aprel 2025, 18:43

Sabah hava necə olacaq?
Aprelin 23-ü hava necə olacaq?Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən havaBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Aprelin 23-ü Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam...
22 Aprel 2025, 15:55

Erməni saxtakarlıqları ilə bağlı konfrans keçirildi
Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan ərazilər haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfrans keçirilib.CityPost.az APA-ya istinadən xəbər verir ki, konfransda bir sıra rəsmi şəxslər, müxtəlif təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxışında bildirib ki, bu tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, erməni saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.Həmçinin o bildirib ki, 2024-cü...
22 Aprel 2025, 15:47