Erməni saxtakarlıqları ilə bağlı konfrans keçirildi
Cəmiyyət 22 Aprel 2025, 15:47

318
Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan ərazilər haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfrans keçirilib.
CityPost.az APA-ya istinadən xəbər verir ki, konfransda bir sıra rəsmi şəxslər, müxtəlif təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxışında bildirib ki, bu tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, erməni saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.
Həmçinin o bildirib ki, 2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib: "Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən, 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib".
Qərbi Azərbaycan İcması sədri Əziz Ələkbərli bildirib ki, qarşıda duran əsas məqsədlərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırmaqdır: "Bildiyiniz kimi, son yüz ildə ermənilər bu regionla bağlı bütün tarixi mənbələri saxtalaşdıraraq dünya ictimaiyyətinə həqiqətə uyğun olmayan faktları çatdırıblar və dünyanı bu yalanlara inandırmağı bacarıblar. Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ilk növbədə həmin yalanları insanların beynindən silmək lazımdır".
Həmçinin konfransda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcması arasında anlaşma memorandumu imzalanıb.
Daha sonra erməni saxtakarlıqlarının qarşısının alınması mövzusunda çıxışlar dinlənilib.
Qeyd edək ki, konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Dövlətə xəyanətdə ittiham olunurdu, ağır cəza verildi
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.CityPost.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətl maddəsi ilə verilmiş ittiham dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.Hökmə əsasən Svetliçnıy İvan Nikolayeviç 16 il 1 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilirdi....
22 Aprel 2025, 18:43

Sabah hava necə olacaq?
Aprelin 23-ü hava necə olacaq?Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən havaBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Aprelin 23-ü Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam...
22 Aprel 2025, 15:55

Sahibə Qafarovadan deputata irad: Hökumətə nə olub ki!
Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?CityPost.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Səyyad Salahlı (Aran) deyib.Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır:"Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri...
22 Aprel 2025, 14:43

Mediasiya Şurasının hüquqları artırılır
Mediasiya Şurasının hüquqları artırılır.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.Qüvvədə olan qanuna əsasən, üzvlük haqqını il ərzində altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməyən və mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat verməyən mediasiya təşkilatının Mediasiya Şurasının üzvlüyündən çıxarılması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirilir. Layihəyə əsasən, artıq bu hallarda məhkəmənin qərarı tələb olunmayacaq.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda...
22 Aprel 2025, 13:51

Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.Qeyd edilib ki, dövlət mühafizəsinə götürülən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq ölkəmizdə 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,...
22 Aprel 2025, 13:44

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir.CityPost.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Bu sıraya mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri, o cümlədən rəqəmsal platforma təsisçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs...
22 Aprel 2025, 13:33