Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi
Cəmiyyət 10 Yanvar 2026, 11:40
3278
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.
Oxu24.com "Teleqraf"a istinadən xəbər verir ki, general-leytenant Şahin Bağırovun imzaladığı əmrlə sözügedən vəzifəyə Şamil Həsənli gətirilib.
Həmçinin oxuyun
Qeyd edək ki, 31 yaşlı Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, 2024-cü ildə Gəncə Gömrük İdarəsinə rəis təyin olunmuşdu.

Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə təsdiqlənib
Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə təsdiqlənib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” qərar ləğv edilib.
24 Noyabr 2026, 15:57
Hacı Nuranın səhhəti pisləşib, Almaniyadadır
Aparıcı Hacı Nuran Hüseynovun səhhətində problem yaranıb.Citypost.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bir neçə aydır Almaniyada müalicə alır.Hacı Nuranın ayaq sümüyündə problem yaranıb. Bu səbəbdən yeriməkdə çətinlik çəkən aparıcı yaxın günlərdə əməliyyat olunacaq.
24 Noyabr 2026, 15:50
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində - İfadə verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin növbəti məhkəmə iclası keçirilib.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Ramiz Mehdiyevin ailəsi şahid qismində ifadə verib.R.Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev cinayət işi ilə bağlı sorğu-sual edilib, ittiham və müdafiə tərəfinin suallarını cavablandırıblar. “Boz kardinal”ın özü və qızı Kamilə Əliyeva da bu iş üzrə şahiddirlər. Amma onlar hələlik dindirilməyiblər.Bugünkü proses qalan şahidlərin iştirakı məqsədilə təxirə salınıb.Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz...
24 Noyabr 2026, 15:45
Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır
Ləğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.Citypost.az Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək.Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.Qeyd edək ki, "Mingəçevir Texniki Rezin" ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.Mətbuatda "Mingəçevir Texniki Rezin" ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində...
24 Noyabr 2026, 15:00
Bakı metrosunun iş vaxtı 1 saat uzadıldı
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.Bu barədə Citypost.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.Məlumatda qeyd edilib ki, qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişdirilməyəcək....
24 Noyabr 2026, 14:43
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Astara Rayon Məhkəməsində hakim Emin Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən E.N, G.Y, G.C, İ.Ə, G.S 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.Həmin şəxslər cəzalarını başa vurduqdan sonra ölkədən çıxarılacaqlar.Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyərkən Astarada Dövlət Sərhəd Xidmətinin sərhəd naryadları tərəfindən saxlanılıblar.Onlara Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə keçmə) maddəsi...
24 Noyabr 2026, 14:40