Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 18 May 2026, 13:22
4185
Mayın 19-da gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında gözlənilən hava
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20-24° isti olacaq.
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən "Sabah" – "Barselona" futbol oyunu ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparıblar.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Qeyd olunub ki, oyunun keçirildiyi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, azarkeşlərin stadiona giriş-çıxışının təşkili, onların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.Bununla yanaşı, nəqliyyatın hərəkətində fasiləsizliyin təmin olunması, mümkün sıxlığın qarşısının alınması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq istiqamətlərdə əlavə polis naryadları xidmətə cəlb edilib."Polis və Daxili Qoşunların hərbi qulluqçuları qarşılaşma başa çatana və azarkeşlərin...
26 Noyabr 2026, 00:50
“Medianın fəaliyyətinə mane olmaq istəyir” – Ərtoğrul Kamalovdan BƏLƏDİYYƏ SƏDRİNƏ İRAD
“Barometr TV”nin təsisçisi və direktoru,jurnalist və rejissor Ərtoğrul Kamalov Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevlə bağlı açıqlama yayıb.Citypost.az xəbər verir ki, Ərtoğrul Kamalov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ə. Kamalov bildirib ki, bu gün iki ay əvvəl yayımlanmış süjetin sildirilməsi məqsədilə qazilərin öyrədilərək ofislərinə göndərilməsi ilə bağlı müraciətlərinə Daxili İşlər Nazirliyi tərəfindən operativ reaksiya verilib.Jurnalistin sözlərinə görə, hadisə yerinə əməliyyatçılar gəlib, rəsmi prosedur işləri görülüb. Məsələnin qanun çərçivəsində həll ediləcəyini qeyd edən jurnalist heç kəsin qanundan üstün olmadığını vurğulayıb.Ərtoğrul Kamalov paylaşımında bunları qeyd edib:“Bu gün barometrtvdə 2 ay əvvəl yayımlanmış süjeti sildirmək üçün qaziləri öyrədib ofisimizə göndərən Nərimanovun bələdiyyə sədri...
26 Noyabr 2026, 00:47
Nigar Sabirqızı “Barcelona” ajiotajına SƏRT REAKSİYA VERDİ
İTV-nin aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı “Barcelona” futbol klubunun Bakıya səfəri ilə bağlı yaranan ajiotaja münasibət bildirib. Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bu həddindən artıq marağın səbəbini Azərbaycan futbolunun yetərincə inkişaf etməməsi ilə əlaqələndirib.Jurnalist yazıb ki, “Barcelona”nın gəlişi ilə ölkədə sanki həyat dayanıb: “Barcelona dünyanın müxtəlif şəhərlərinə gedir. Yəqin ki, heç bir yerdə bu qədər ajiotaj yaranmır”.N.Sabirqızı “Sabah” klubunun sayəsində Bakıda dünya futbolunun nəhənglərindən birini görməyin sevindirici olduğunu qeyd edib. Lakin yaranan ajiotajı anlaya bilmədiyini bildirib. Onun sözlərinə görə, stadiondakıların böyük əksəriyyəti də məhz “Barcelona” naminə oyuna baxmağa gəlib, bunu isə qınamır.Jurnalist arzulayıb ki, bir...
26 Noyabr 2026, 00:29
Qaradağda palçıq vulkanı püskürüb
25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib."Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub....
25 Noyabr 2026, 23:42
Cəlilabad rayonunun bir hissəsi susuz qalıb
Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb."Report"un Muğan bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib.Bu səbəbdən rayonun bir hissəsinə suyun verilişi dayandırılıb.Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
25 Noyabr 2026, 21:23
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfa Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək, Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.Citypost.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların genişlənməsinə dəstək, texnika ilə təmin olunma, suvarma və digər məsələlərlə bağlı olub.M.Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi...
25 Noyabr 2026, 19:47