Bizə yazın

Baku

-°C

USD

-

Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək

Cəmiyyət 30 Oktyabr 2026, 11:43

595

Baş prokuror Kamran Əliyev bu il noyabrın 5-də, saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərini qəbul edəcək.

Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, əlaqə telefonları, elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir

Ağdam şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupun iclası başlayıb."Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, ölkənin işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.İclasda "İşağldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti" mövzusu müzakitrə olunur....

30 Oktyabr 2026, 12:25

Kranların istismarı ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik qəbul edildi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Hazırda küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar...

30 Oktyabr 2026, 12:12

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir – YENİ QANUN

Mərkəzi Banka yeni səlahiyyət verilir.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın...

30 Oktyabr 2026, 12:12

Xüsusi rütbələrlə bağlı vahid hüquqi mexanizm yaradılır

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişikliklər təklif edilir.Citypost.az xəbər verir ki, dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.Qanunun 21.17-ci və 21.18-ci maddələrinə edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.Qanunun...

30 Oktyabr 2026, 12:10

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib.Citypost.az  xəbər verir ki, özbəkistanlı diplomat Mirvahid Əzimov TDT-nin yeni Baş katibi olub.Bundan əvvəl TDT-nin Baş katibi vəzifəsini qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyev tutub.

30 Oktyabr 2026, 12:04

Dünyada su bitir? -EKSPERTDƏN ŞOK

XXI əsrdə dünyanın ən qiymətli strateji sərvətləri sırasında neft və qazla yanaşı, şirin su da xüsusi yer tutur. Əhali artımı, iqlim dəyişiklikləri, quraqlıq, çayların çirklənməsi və su ehtiyatlarının qeyri-bərabər bölüşdürülməsi bir çox ölkələrdə ciddi problemlər yaradır. Vaxtilə su ehtiyatlarının kifayət qədər olduğu düşünülən ərazilərdə belə bu gün su təminatı iqtisadi inkişafın, ərzaq təhlükəsizliyinin və milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevrilir.Mövzu ilə bağlı CityPost.az-a danışan ekspert Şəmsi Qoca bildirib ki,dünya əhalisinin artması ilə içməli suya, kənd təsərrüfatına və sənayeyə olan tələbat da yüksəlir. Lakin şirin su ehtiyatları qeyri-bərabər paylanıb. Planetdəki suyun böyük hissəsi duzlu sudur, istifadəyə yararlı şirin suyun isə əhəmiyyətli...

30 Oktyabr 2026, 11:31