Dövlət ittihamçısı sabiq məmurun həbsini tələb etdi
Cəmiyyət 04 Noyabr 2026, 10:49
545
Xüsusilə külli-miqdarda mənimsədə ittiham edilən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sabiq vəzifəli şəxsi Səday Alıyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi iləməhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.Dövlət ittihamçısı vəsatət verərək, Saday Əliyevin barəsində olan polisin nəzarətində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif edib.
Məhkəmə vəsatəti təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.
Həmçinin oxuyun
Məhkəmə baxış iclası 11 noyabr təyin edilib.
Xatırladaq ki, Saday Alıyev 3 milyon manat mənimsəmədə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri işləyən S.Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ortaya çıxan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
52 yaşlı sabiq məmur həbsdə deyil, onun barəsində məhkəməyə qədər “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.
Uşağı olan ailələrə ŞAD XƏBƏR
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. CityPost.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir....
04 Noyabr 2026, 11:31
Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Naxçıvanda "Din xadimlərinin peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və dini maarifləndirmənin aparılma üsulları" mövzusunda təlim təşkil olunub.Bu barədə Citypost.az-a Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, təlimdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev din xadimlərinin cəmiyyətdəki rolu, onların üzərinə düşən mənəvi və ictimai məsuliyyət, ixtisasyönümlü bilik və bacarıqlarının zənginləşdirilməsi, elcə də dini maarifləndirmənin səmərəli təşkili məsələlərindən bəhs edib.Din xadiminin peşəkarlığının yalnız dini biliklərlə məhdudlaşmadığı, elmi dəqiqlik, effektiv ünsiyyət bacarığı, etik davranış, fərdi yanaşma və davamlı özünüinkişaf kimi keyfiyyətlərin də bu sahədə mühüm rol oynadığı bildirilib. Qeyd olunub ki,...
04 Noyabr 2026, 11:13
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarıldı
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Citypost.az xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur.2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 47...
04 Noyabr 2026, 11:00
Anar Bayramov tibbi turizmin inkişafı ilə bağlı planları açıqladı
Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir.Citypost.az xəbər verir ki, bunu səhiyyə naziri Anar Bayramov Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında deyib.Onun sözlərinə görə, tibbi turizmə yalnız bir turizm istiqaməti kimi baxmaq olmaz: "Buna həm də ölkənin səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinin mühüm amili kimi yanaşmalıyıq. Bu istiqamətdə ölkəmiz üçün mühüm hədəflərdən biri Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin gücləndirilməsidir. "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, ölkənin müxtəlif şəhər və rayonlarında dövlət-özəl tərəfdaşlığı əsasında xarici vətəndaşlara tibbi turizm xidmətlərini göstərən tibb...
04 Noyabr 2026, 10:57
Həbsdə olan sabiq icra başçısının qızına VƏZİFƏ VERİLDİ
Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.Citypost.az Gununsesi.info-a istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, Prezident İlham Əliyev bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.Qeyd edək ki,İslam Rzayev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və barəsində cinayət işi başlanıb.Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir....
04 Noyabr 2026, 10:54
Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb
Noyabrın 3-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkar edilərək götürülüb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki,qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
04 Noyabr 2026, 10:44