Mahirə Nağıqızı üçün ÖZƏL GÜN
Cəmiyyət 04 Noyabr 2026, 12:31
497
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, f.e.d., professor, AYB-nin üzvü, alim-şair Mahirə Nağıqızı üçün özəl gündür.CityPost.az xəbər verir ki,tanınmış alim doğum gününü qeyd edir.
Zamandan bir addım irəlidə gedən xanım…
Adının mənası məharətli, bacarıqlı və qabiliyyətli deməkdir. Həftənin cümə günü dünyaya gəlib. Onu zərifliyin, estetika və harmoniyanın simvolu da hesab etmək olar. Gözəlliyi, səliqə-səhmanı və sənəti çox sevir. Zövqlə geyinməyi xoşlayır. Xarizmatik və cazibədardır. Davranışında mükəmməl, rəftarında mülayim və diplomatikdir. Münaqişələrdən, daxili gərginlikdən və xaosdan uzaq qaçır. Problemləri sülh yolu ilə həll etməyə, mehriban münasibətə üstünlük verir. Gözəl şeirlər müəllifi, şair, alim Mahirə Hüseynovanı deyirəm. Onu ədəbi camiyədə Mahirə Nağıqızı kimi də tanıyırlar...
Gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:
O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonunun Sust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəbdə başa vurub. 1980-1984-cü illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb.
2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində çalışır. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir...
Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor,tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir. XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”
Həmçinin oxuyun
Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çox güclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər, ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir...
Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev isə onun haqqında yazır: “Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb. Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”, daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir...”
Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləriqürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam” adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb. Ümumiyyətlə, professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır...
...Bəli, haqqında söhbət açdığım Mahirə xanımın bu gün ad günüdür, yeni yaşına qədəm basır. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayıram...
CityPost.az bildirir ki,Məlahət Babayeva (Nağıqızı) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi -general-polkovnik Əli Nağıyevin bacısıdır.
Hörmətlə, Elman Eldaroğlu
Pentensiar Xidmətin rəisləri haqda ŞOK FAKTLAR:Həbsdə öləni də olub...
Sovet hökuməti dönəmində və müstəqilliyimizin ilk illərində Pentensiar Xidmət (o zaman Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsi) Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərib. Son 40 ilə nəzər salsaq həmin xidmətə bir rəhbər olunan sevinib, bir də oradakı vəzifəsini itirən... Əzim Piriyev, Şahvəz Vəliyev, Məmməd Zeynalov, Çingiz Əmirov, Aydın Qasımov, Nazim Ələkbərov, Mədət Quliyev, Ceyhun Həsənov və ən nəhayət Mirsaleh Seyidov. Yuxarıda adlarını sadaladıqlarımın bir neçəsinin özlərinin və yaxın adamlarının yolu həbsxanadan keçib. Hətta onlardan cəzaçəkmə yerində dünyasını dəyişlənlərdə olub. CityPost.az xəbər verir ki, deyilənə görə, son günlər vəzifədən uzaqlaşdırılan 49 yaşlı general-mayor Mirsaleh Seyidov və onun komandasından bir neçə nəfəri də anoloji...
04 Noyabr 2026, 13:05
Anar Bayramov 16 ildir vəzifədə olan direktoru işdən çıxardı
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.Citypost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.
04 Noyabr 2026, 13:04
İrandan Azərbaycana qanunsuz keçmək istəyən 4 əfqan saxlanıldı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
04 Noyabr 2026, 13:03
Sabahın hava proqnozu açıqlanıb
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı...
04 Noyabr 2026, 13:00
Azərbaycanda dəfn pulu artırılır - Yeni MƏBLƏĞLƏR
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, bir nəfər pensiyaçıya ödəniləcək dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata qaldırılması proqnozlaşdırılır.Sığortaolunanlar üçün bir nəfərə düşən dəfn pulunun orta məbləğinin isə 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur....
04 Noyabr 2026, 12:20
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Turab Zeynalov adlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə məlumatı T.Zeynalov özünün “YouTube” kanalında paylaşıb.Təəssüratlarını və səfərlə bağlı detalları lentə alan gənc videonun əvvəlində tanışları ilə İrəvana dostlarının toyu üçün yollandıqlarını, əslən Azərbaycandan olduğuna görə sərhəddən buraxılıb-buraxılmayacağına əmin olmadığını söyləyib.Onun sözlərinə görə, sərhəddə bir neçə saat gözləməli olsa da, sonradan problemsiz ölkəyə buraxılıb: “Sərhəddə məni 3 saat saxladılar. Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual etdilər. Bir çoxu alınmayacağını deyirdi”.Turab Zeynalov həmçinin İrəvanda gəzdiyini, şəhərin müəyyən mənada Bakıya bənzədiyini iddia edib....
04 Noyabr 2026, 12:17