Bizə yazın

Baku

-°C

USD

-

Boşanma zamanı bağışlanan evlə bağlı qanun nə deyir? Vəkil AÇIQLADI

Hüquq 04 Noyabr 2026, 10:40

1620

Ailə münasibətlərində boşanma zamanı ən çox mübahisə doğuran məsələlərdən biri nikah dövründə əldə edilmiş daşınmaz əmlakın bölüşdürülməsidir. Xüsusilə evin ər-arvadın öz vəsaiti hesabına deyil, valideynlərdən biri tərəfindən bağışlanması hallarında əmlakın hüquqi statusu ilə bağlı suallar yaranır. Məsələn, kişi evlənərkən və ya nikah dövründə atası tərəfindən ona ev bağışlanıbsa, boşanma zamanı həmin mənzil həyat yoldaşı ilə bölünə bilərmi? Bəs bağışlama müqaviləsi nikah dövründə rəsmiləşdirilibsə, bu, əmlakın ümumi mülkiyyət hesab olunmasına səbəb olurmu?

Vəkil Mədinə Leqayeva Citypost.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların ümumi birgə mülkiyyəti hesab olunur. Bu prinsip əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq tətbiq edilə bilər. Lakin qanunvericilikdə bu qaydanın istisnaları da nəzərdə tutulub. Həmin istisnalardan biri ər-arvaddan birinə fərdi qaydada bağışlanmış əmlakdır.

Vəkilin sözlərinə görə, nikahdan əvvəl şəxsin mülkiyyətində olan əmlak, eləcə də nikah dövründə ona hədiyyə və ya bağışlama yolu ilə verilən əmlak, ümumi qayda olaraq, həmin şəxsin ayrıca mülkiyyəti sayılır. Yəni ata nikah dövründə oğluna və ya qızına ev bağışlayırsa, həmin mənzil avtomatik olaraq ər-arvadın ümumi əmlakına çevrilmir. Bu halda əmlak bağışlanan şəxsin fərdi mülkiyyəti hesab olunur və boşanma zamanı adi qaydada tərəflər arasında bölüşdürülmür.

Mədinə Leqayeva diqqətə çatdırıb ki, burada əsas məsələlərdən biri bağışlama müqaviləsinin necə rəsmiləşdirilməsidir. Belə ki, valideyn öz əmlakını övladına bağışlamaq istəyirsə, müqavilə notariat qaydasında tərtib edilməli və bağışlanan şəxsin kim olduğu dəqiq göstərilməlidir. Əgər ata evi məhz oğluna bağışlayırsa, müqavilədə oğlunun adı əks olunmalı və mülkiyyət hüququ onun adına dövlət qeydiyyatına alınmalıdır. Bu halda həmin əmlak oğulun ayrıca mülkiyyəti hesab edilir.

Vəkil bildirib ki, bağışlama zamanı əmlakın konkret olaraq ər-arvaddan hansına verilməsi xüsusi hüquqi əhəmiyyət daşıyır. Çünki valideynin məqsədi evi övladına bağışlamaqdırsa, müqavilədə yalnız həmin şəxsin bağışlanan kimi göstərilməsi onun fərdi mülkiyyət hüququnun müəyyənləşdirilməsi baxımından vacibdir. Əgər əmlak hər iki həyat yoldaşına bağışlanıbsa, yaxud müqavilədə onların hər ikisi mülkiyyətçi kimi göstərilibsə, hüquqi vəziyyət fərqli qiymətləndirilə bilər.

Mütəxəssisin sözlərinə görə, nikah dövründə bağışlanan evin bölünməməsi qaydası o demək deyil ki, həmin əmlakla bağlı heç bir halda mübahisə yarana bilməz. Məsələn, ər-arvad nikah müddətində bağışlanmış evin əsaslı təmirinə, yenidən qurulmasına və ya dəyərinin əhəmiyyətli dərəcədə artırılmasına ümumi vəsait hesabına böyük məbləğdə sərmayə qoyublarsa, müəyyən hallarda həmin əmlakın hüquqi rejiminə yenidən baxılması məsələsi ortaya çıxa bilər. Belə vəziyyətlərdə görülən işlərin həcmi, qoyulan vəsait, əmlakın əvvəlki və sonrakı dəyəri və digər hallar araşdırılır. Bununla belə, adi təmir və gündəlik məişət xərcləri avtomatik olaraq bağışlanmış evi ümumi əmlaka çevirmir.

Mədinə Leqayeva qeyd edib ki, boşanma zamanı əmlakın bölünməsi məsələsində yalnız mənzilin nə vaxt əldə edildiyinə baxmaq kifayət deyil. Əmlakın hansı əsasla əldə olunması, bağışlama müqaviləsinin məzmunu, mülkiyyət hüququnun kimə məxsus olması və sonradan həmin əmlaka ümumi vəsait hesabına əhəmiyyətli investisiya qoyulub-qoyulmaması da nəzərə alınmalıdır.

Beləliklə, ata nikah dövründə öz oğluna və ya qızına evi notariat qaydasında bağışlayıbsa və mülkiyyət hüququ həmin şəxsin adına rəsmiləşdirilibsə, bu mənzil, bir qayda olaraq, onun ayrıca mülkiyyəti hesab olunur. Boşanma zamanı digər həyat yoldaşı yalnız nikah dövründə əldə edildiyinə görə həmin evdən avtomatik pay tələb edə bilməz. Lakin konkret vəziyyətdə bağışlama müqaviləsinin məzmunu, əmlakın sonrakı vəziyyəti və qanunvericilikdə nəzərdə tutulan istisnalar ayrıca qiymətləndirilməlidir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sənədsiz tikilən ev boşanma zamanı necə bölünür? – Hüquqi prosedur necə həyata keçirilir?

Ailə münasibətlərinə xitam verilərkən ər-arvad arasında yaranan əmlak mübahisələri bəzən daha mürəkkəb xarakter alır. Xüsusilə nikah dövründə inşa edilmiş, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış evlərin boşanma zamanı necə bölünməsi tərəflər üçün ciddi suallar yaradır. Belə vəziyyətlərdə bir çoxları düşünür ki, əmlakın rəsmi sənədinin olmaması onun bölünməsini mümkünsüz edir. Halbuki sənədsiz əmlakla bağlı mübahisələrdə də tərəflərin çəkdiyi xərclər, tikintiyə sərf olunan vəsait və əmlakın faktiki dəyəri hüquqi baxımdan əhəmiyyət daşıya bilər.Hüquqşünas Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə tikilmiş, lakin müvafiq sənədləri olmayan evlərin bölünməsi zamanı ilk növbədə həmin əmlaka sərf edilən vəsait və onun faktiki dəyəri müəyyənləşdirilməlidir. Bu...

06 Noyabr 2026, 11:40

Birgə yaşayış dövründə götürülən kredit boşanma zamanı ər-arvad arasında bölünə bilərmi?

Ailə münasibətlərinə xitam verilməsi zamanı tərəflər arasında yaranan əsas mübahisələrdən biri də nikah dövründə əldə edilmiş əmlakın və götürülmüş borc öhdəliklərinin necə bölüşdürülməsidir. Xüsusilə ər və ya arvaddan birinin birgə yaşayış dövründə bankdan kredit götürməsi, lakin sonradan boşanma baş verdikdə həmin borcun digər tərəflə bölüşdürülməsini tələb etməsi hüquqi baxımdan bir sıra suallar yaradır. Bu zaman ən çox maraq doğuran məsələlərdən biri kreditin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinə baxmayaraq, digər həyat yoldaşının da həmin borca görə məsuliyyət daşıyıb-daşımamasıdır.Vəkil Əminə İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, nikah dövründə götürülən hər bir kredit avtomatik olaraq ər-arvadın ümumi borcu hesab edilmir. Belə hallarda əsas məsələ...

06 Noyabr 2026, 10:40

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.CityPost.az  sükan arxasında tez-tez qarşılaşdığımız və cəriməyə səbəb olan həmin situasiyaları təqdim edir:Pəncərədən atılan kiçik bir zibilin baha başa gəlməsi Hərəkətdə olarkən və ya işıqforda gözləyərkən pəncərədən siqaret kötüyü, tullantı və ya salfet atmaq sadəcə mədəniyyətsizlik deyil,...

05 Noyabr 2026, 13:56

Ana vəfat etdikdən sonra ev övladlarından hansına qalır? – Bacı və qardaşın da vərəsəlik hüququ varmı?

Valideyn vəfat etdikdən sonra onun adına olan evin övladlardan birinin adına rəsmiləşdirilməsi zamanı digər ailə üzvlərinin vərəsəlik hüququ ilə bağlı suallar yaranır. Xüsusilə mərhum valideynin evində övladlarından yalnız biri yaşayıb qeydiyyatda olduqda, digər bacı və qardaşların həmin əmlakdan pay tələb edib-etməyəcəyi müzakirə mövzusuna çevrilir. Bəzi hallarda isə evdə yaşayan övladın həyat yoldaşının da vəfat etməsi vərəsəlik məsələsini daha da mürəkkəbləşdirir. Bəs ana vəfat etdikdən sonra onun adına olan evdə yaşayan övlad mənzili öz adına keçirə bilərmi? Digər bacı və qardaşların həmin evə münasibətdə miras payı qalırmı?Vəkil Samir Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, ananın vəfatından sonra onun mülkiyyətində olan ev üzrə...

05 Noyabr 2026, 10:30

Evdə üç ildən artıq qeydiyyatda olan şəxsin razılığı olmadan mənzil satıla bilər? – Vəkildən AÇIQLAMA

Bəzi vətəndaşlar uzun müddət yaşadıqları və ya qeydiyyatda olduqları evin gələcəkdə satılması zamanı onların razılığının tələb olunub-olunmayacağı ilə maraqlanırlar. Xüsusilə bir mənzildə üç ildən artıq qeydiyyatda olan şəxslər həmin ünvanda qeydiyyat müddətinin onlara müəyyən mülkiyyət və ya satışa müdaxilə hüququ verib-vermədiyini aydınlaşdırmağa çalışırlar. Bəs evdə uzun müddət qeydiyyatda olmaq həmin mənzilin satılması zamanı şəxsin razılığını zəruri edirmi? Ev sahibi mənzili başqa şəxsə satmaq və ya bağışlamaq istədikdə qeydiyyatda olanların hüquqları necə qorunur?Vəkil Əli Qəmbərov Citypost.az-a açıqlamasında bildirib ki, şəxsin hər hansı mənzildə qeydiyyatda olma müddəti onun həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi demək deyil. Onun sözlərinə görə, vətəndaşın evdə...

05 Noyabr 2026, 09:30

Bank borcuna görə məhkəməsiz əmlaka həbs qoyula bilər? – Vəkildən AÇIQLAMA

Bank qarşısında kredit və ya digər maliyyə öhdəliyi olan şəxslər bəzən ödənişləri gecikdirdikdə məsələni yalnız bankın xəbərdarlıqları və məhkəmə müraciəti ilə məhdudlaşan proses kimi qiymətləndirirlər. Lakin qanunvericilikdə borcun tutulması ilə bağlı məhkəmədənkənar mexanizmlər də nəzərdə tutulub. Belə hallardan biri notarius tərəfindən aparılan icra qeydi institutudur. Bu mexanizm müəyyən şərtlər daxilində kreditorun məhkəməyə müraciət etmədən borcun tutulması prosesinə başlamasına imkan yarada bilər. Bəs notariusun icra qeydi nə deməkdir, bu sənəd əsasında borclunun əmlakına yönəlmək mümkündürmü və vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün nələrə diqqət etməlidirlər?Vəkil Lamiyə Tahirova Citypost.az-a açıqlamasında bildirib ki, borclunun bank və ya digər kreditor qarşısında öhdəliyini vaxtında yerinə yetirməməsi...

05 Noyabr 2026, 08:30