Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 04 Noyabr 2026, 12:17
737
Turab Zeynalov adlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib.
Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə məlumatı T.Zeynalov özünün “YouTube” kanalında paylaşıb.
Təəssüratlarını və səfərlə bağlı detalları lentə alan gənc videonun əvvəlində tanışları ilə İrəvana dostlarının toyu üçün yollandıqlarını, əslən Azərbaycandan olduğuna görə sərhəddən buraxılıb-buraxılmayacağına əmin olmadığını söyləyib.
Onun sözlərinə görə, sərhəddə bir neçə saat gözləməli olsa da, sonradan problemsiz ölkəyə buraxılıb: “Sərhəddə məni 3 saat saxladılar. Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual etdilər. Bir çoxu alınmayacağını deyirdi”.
Həmçinin oxuyun
Turab Zeynalov həmçinin İrəvanda gəzdiyini, şəhərin müəyyən mənada Bakıya bənzədiyini iddia edib.
Anar Bayramov 16 ildir vəzifədə olan direktoru işdən çıxardı
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.Citypost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.
04 Noyabr 2026, 13:04
İrandan Azərbaycana qanunsuz keçmək istəyən 4 əfqan saxlanıldı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
04 Noyabr 2026, 13:03
Sabahın hava proqnozu açıqlanıb
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı...
04 Noyabr 2026, 13:00
Mahirə Nağıqızı üçün ÖZƏL GÜN
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, f.e.d., professor, AYB-nin üzvü, alim-şair Mahirə Nağıqızı üçün özəl gündür.CityPost.az xəbər verir ki,tanınmış alim doğum gününü qeyd edir.Zamandan bir addım irəlidə gedən xanım…Adının mənası məharətli, bacarıqlı və qabiliyyətli deməkdir. Həftənin cümə günü dünyaya gəlib. Onu zərifliyin, estetika və harmoniyanın simvolu da hesab etmək olar. Gözəlliyi, səliqə-səhmanı və sənəti çox sevir. Zövqlə geyinməyi xoşlayır. Xarizmatik və cazibədardır. Davranışında mükəmməl, rəftarında mülayim və diplomatikdir. Münaqişələrdən, daxili gərginlikdən və xaosdan uzaq qaçır. Problemləri sülh yolu ilə həll etməyə, mehriban münasibətə üstünlük verir. Gözəl şeirlər müəllifi, şair, alim Mahirə Hüseynovanı deyirəm. Onu ədəbi camiyədə Mahirə Nağıqızı kimi də tanıyırlar...Gəlin...
04 Noyabr 2026, 12:31
Azərbaycanda dəfn pulu artırılır - Yeni MƏBLƏĞLƏR
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, bir nəfər pensiyaçıya ödəniləcək dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata qaldırılması proqnozlaşdırılır.Sığortaolunanlar üçün bir nəfərə düşən dəfn pulunun orta məbləğinin isə 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur....
04 Noyabr 2026, 12:20
Uşağı olan ailələrə ŞAD XƏBƏR
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. CityPost.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir....
04 Noyabr 2026, 11:31