Xınalıq və Qrızda qarın hündürlüyü 15 sm-ə çatıb
Cəmiyyət 06 Noyabr 2026, 10:14
388
Noyabrın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.
Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt, Sumqayıtda 3 mm-dir.
Həmçinin oxuyun
Rayonlarda düşən yağıntının miqdarı Astarada 39, Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam, Beyləqanda 18, Zərdab, Altıağacda 17, Qobustan, Kürdəmir, Sarıbaşda (Qax)16, Saatlıda 15, Sabirabad, Gədəbəydə 14, Göyçayda 13, Qəbələ, Tovuzda 12, İmişli, Tərtərdə 11, Bərdə, İsmayıllıda 10, Göygöldə 9, Şabran, Sədərək, Gəncə, Şahbuzda 8, Ağstafa, Şəmkir, Naxçıvanda 7, Naftalan, Cəlilabad, Lerik, Yardımlıda 6, Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala, Cəbrayılda 1-5 mm-dir.
Noyabrın 5-də bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə 16 m/s-dək güclənib.
Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Şamaxı, Sabirabad, İmişli, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniya Federativ Respublikasında müəyyən edilən daha bir şəxsin noyabrın 6-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Belə ki, 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsləri aldadaraq onlara məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə...
06 Noyabr 2026, 09:24
Pərviz Həşimli Penitensiar Xidmətdə həllini gözləyən PROBLEMİ AÇIQLADI
Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli Penitensiar Xidmətin yeni rəisinin qarşısında duran vacib məsələlərdən birinə diqqət çəkib. O, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin dövlət qurumlarına ünvanladıqları müraciətlərin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsinin vacibliyini bildirib.Citypost.az xəbər verir ki, Pərviz Həşimli sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, məhkumların və təqsirləndirilən şəxslərin Prezidentə, Baş prokurora və Ombudsmana ünvanladıqları ərizə və şikayətlərin müvafiq qurumlara vaxtında çatdırılması Penitensiar Xidmətin yeni rəhbərliyinin diqqət yetirməli olduğu əsas məsələlərdəndir.Baş redaktor hesab edir ki, bu məsələyə Ədliyyə naziri Fərid Əhmədov da xüsusi önəm verməli idi. O, problemin diqqətdən kənarda qalmasını xatırladaraq bunun ciddi məsələ olduğunu...
06 Noyabr 2026, 08:52
Bakının bəzi ərazilərində işıq olmayacaq
Təmir işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb."Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq", - məlumatda bildirilib.Qeyd olunub ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami rayonu Əli Vəliyəv 16 ünvanında isə saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq:"Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan...
06 Noyabr 2026, 08:15
Mirşahin Ağayevdən həmkarlarına təbrik: “Gözdə-Qulaqda olmağın daha 100 ili!”
“REAL TV”nin baş direktoru, jurnalist Mirşahin Ağayev 6 noyabr – Radio və Televiziya İşçiləri Günü münasibətilə həmkarlarını təbrik edib.Citypost.az xəbər verir ki, Mirşahin Ağayev sosial şəbəkə hesabında paylaşım edərək media nümayəndələrinə xoş arzularını çatdırıb.O, təbrikində belə yazıb:“Gözdə-Qulaqda Olmağın daha 100 ili!Həm Göz Bəbəyiniz kimi!Həm Qulağınızda sırğa olsun!Yüzünüz ağ olsun, həmkarlarım! Səs və təsvir, söz və şəkil bayramınız mübarək!”Turan
06 Noyabr 2026, 08:05
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bu gün Azərbaycanda televiziyanın yaranmasının 62 və radionun yaranmasının 92 yaşı tamam olur.Citypost.az-ın məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb....
06 Noyabr 2026, 08:00
Nigar Sabirqızı:"Prezidentin fəxri diplomuna layiq görülmək mənim üçün böyük qürurdur"
Prezident İlham Əliyevin bir qrup media nümayəndəsini təltif etməsi ilə bağlı sərəncam tanınmış teleaparıcı Nigar Sabirqızı üçün də əlamətdar olub. O, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.Citypost.az xəbər verir ki, Nigar Sabirqızı mükafatla bağlı sosial şəbəkə hesabında paylaşım edərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib.Aparıcı qeyd edib ki, Prezidentin fəxri diplomuna layiq görülmək onun üçün böyük qürur və eyni zamanda məsuliyyətdir:“Prezidentin fəxri diplomuna layiq görülmək mənim üçün böyük qürurdur. Bu etimada və göstərilən diqqətə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu fəxri diplom mənim üçün təkcə mükafat yox, həm də böyük məsuliyyətdir”.Nigar Sabirqızı bu uğurun əldə olunmasında İctimai Televiziyanın...
06 Noyabr 2026, 00:43