Bizə yazın

Baku

-°C

USD

-

Nərman Qocatürkün meyiti tapıldı

Hadisə 19 Noyabr 2026, 11:35

392

Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəli şəkildə ölüb.

Citypost.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib.

1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qubada avtomobil yeniyetməni vurub

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, piyada zolağından yolu keçmək istəyən 2010-cu il təvəllüdlü qızı avtomobil vurub.Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

19 Noyabr 2026, 10:54

Paytaxtda və bölgələrdə narkotik əməliyyatları keçirildi – 8 nəfər həbs olundu

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs...

18 Noyabr 2026, 19:07

Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.DİN-dən Cityppst.az-a verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....

18 Noyabr 2026, 18:09

16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - Foto 

Xızı rayonunun Tıxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az Bizim.Media-ya istinadən xəbər verir ki, 16 yaşlı oğlan atasının avtomobilini gizli şəkildə qaçıraraq idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Həmin vaxt avtomobildə qonşunun 10 və 12 yaşlı iki uşağı da olub.Qəza nəticəsində yeniyetmə xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.

18 Noyabr 2026, 16:39

Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub

Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub.Citypost.az xəbər verir ki, Oğuzda polisin keçirdiyi profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücü İ. Məmmədov saxlanılıb.O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ. Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib....

18 Noyabr 2026, 15:35

Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.Əlavə məlumat veriləcək....

18 Noyabr 2026, 14:08