Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı vəkil, xanımı və oğlu qətlə yetirildi

Cəmiyyət 19 Noyabr 2026, 11:30

339

Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı insident baş verib.

Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli media məumat yayıb.

Məlumata görə, silahlı şəxs məhkəmə vəkili İbrahim Sadiqi və onun ailəsinə atəş açıb.

Atəş nəticəsində əslən Qaradağ bölgəsinin Bəhərbəyli kəndindən olan və Piranşəhr (Xana) şəhərinin məhkəmə hakimi işləyən vəkil, həyat yoldaşı və kiçik oğlu həlak olub, azyaşlı qızı isə yaxınlıqdakı yeməkxanaya sığınaraq sağ qalıb.

Kimliyi açıqlanmaya qatil özüqnü də vurub, amma ölməyib və yaralı vəziyyətdə həbs edilərək polis nəzarətində xəstəxanaya köçürülüb.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Xatırladaq ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair...

19 Noyabr 2026, 11:25

Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

19 Noyabr 2026, 11:18

Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycanda səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a  DTX-dən məlumat verilib.Bildirilib ki, general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən...

19 Noyabr 2026, 10:38

Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Citypost.azxəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Dövlət başçısının digər Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.İlham Əliyev həmçinin Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.Xatırladaq ki, Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.Məleykə Abbasadə isə 2024-cü ildən DİM İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. O, 2016-2024-ci illərdə DİM Direktorlar Şurasının, 2000-2016-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri olub....

19 Noyabr 2026, 10:33

DİM bu imtahanı ləğv etdi – Ödənişlər geri qaytarılacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, DİM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, 4 dekabr tarixində keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu...

19 Noyabr 2026, 10:07

Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?

Dünya siyasətində noyabrın 19-u xüsusi əhəmiyyət daşıyan günlərdən birinə çevrilə bilər. ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin bu gün Çinin Şençjen şəhərində tarixdə ilk dəfə üçtərəfli formatda bir araya gəlirlər. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilən bu görüş beynəlxalq münasibətlərdə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.Mövzu ilə bağlı CityPost.az-a danışan ekspert Şəmsi Qoca bildirib ki,bu görüşün əhəmiyyəti yalnız üç böyük dövlətin rəhbərlərinin eyni masa arxasında əyləşməsində deyil.Əsas məsələ dünyanın hazırda üzləşdiyi müharibələr, nüvə təhlükəsi, iqtisadi qarşıdurmalar və dəyişən güc balansının bu üç ölkənin münasibətlərindən ciddi şəkildə asılı olmasıdır. Vaşinqton, Moskva və...

19 Noyabr 2026, 10:05