Bizə yazın

Baku

-°C

USD

-

Jurnalist və media subyektləri üçün müsabiqələrdə YENİLİK

Cəmiyyət 20 Noyabr 2026, 11:31

504

Həm fərdi jurnalist müsabiqəsini, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib.

Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.

Belə ki, "Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları" və "Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" təsdiq edilib.

Müsabiqələrin qiymətləndirilməsi zamanı yazı və süjetlərin sosial şəbəkə hesabları üzrə - "X", "Instagram", "TikTok", "Facebook", "Telegram" və "YouTube" platformalarında yayımlanması və qarşılıqlı əlaqə sayı nəzərə alınacaq.

Qeyd edilib ki, onlayn media subyektinə məxsus fərdi rəqəmsal hesablarda qiymətləndirmə dövrü üzrə qeydə alınmış göstəricilər əsasında aparılır. Göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır. Göstərilən sosial şəbəkələrdən hər hansı birində onlayn media subyektinə məxsus hesab mövcud olduqda həmin hesabın onlayn media subyektinə məxsusluğunun müəyyən edilməsi məqsədilə sosial şəbəkə hesabına keçid veb-saytda, veb-saytın domen adı isə həmin hesabın profil məlumatlarında yerləşdirilməlidir.

Vurğulanıb ki, onlayn media subyektləri üçün maliyyə yardımının ayrılması zamanı qiymətləndirmədə subyektin sosial şəbəkə izləyicilərinin sayı və ya paylaşımların sayı 0 olduqda paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı 0 qəbul ediləcək.

Belə ki, hər bir onlayn media subyektinin hər bir sosial şəbəkə üzrə balı 100 ballıq şkala üzrə müəyyən edilir. Bal hesablanarkən izləyici sayı 30 %, qarşılıqlı əlaqə sayı 50 %, paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı isə 20 % çəki ilə nəzərə alınır.

Sosial şəbəkələr üzrə ümumi bal altı sosial şəbəkənin hər biri üzrə müəyyən edilmiş balların bərabər çəki ilə nəzərə alınması yolu ilə həmin balların arifmetik ortası kimi hesablanır. Sosial şəbəkələr üzrə ümumi bal 100 baldan çox ola bilməz.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar

ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı çərçivəsində “Azərbaycanda məcburi köçkünlər probleminin həlli: uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda təlim sessiyası keçirilib.Bu barədə Citypost.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Sessiya çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə akkreditə olunmuş 16 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri qarşısında “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.Mühazirədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasətinin ağır...

20 Noyabr 2026, 11:26

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü olub

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində hərbçilərin və Qarabağ atlarının yürüşü olub.APA-nın Qarabağ bürosu xəbər verir ki, yürüş şəhər küçələrindən başlayaraq İmarət Kompleksində yekunlaşıb.Şəhər Günü münasibətilə İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların müxtəlif məhsullarının təqdim olunduğu yarmarka da təşkil edilib.Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.Hazırda Ağdam şəhərində Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər davam edir.Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Atçılıq Federasiyasının, Aqrar Tədarük və Təchizat ASC-nin...

20 Noyabr 2026, 11:05

Məleykə Abbaszadə: BDU-da akademik dürüstlük gücləndirilməlidir

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".Citypost.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb."Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi...

20 Noyabr 2026, 10:49

Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.Bu barədə Citypost.az xəbər verir 

20 Noyabr 2026, 10:21

MÜTDA-ya yeni şöbə müdiri təyin edilib

Abdullayeva İlhamə Sarif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq rifahı və inkişafı şöbəsinə müdir təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

20 Noyabr 2026, 09:42

Sabiq nazir Sumqayıtda idarə müdiri təyin olunub

Elxan Nəcəfov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Qeyd edək ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb....

20 Noyabr 2026, 09:31