Bizə yazın

Baku

-°C

USD

-

Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar

Cəmiyyət 20 Noyabr 2026, 11:26

468

ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı çərçivəsində “Azərbaycanda məcburi köçkünlər probleminin həlli: uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda təlim sessiyası keçirilib.

Bu barədə Citypost.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sessiya çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə akkreditə olunmuş 16 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri qarşısında “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasətinin ağır nəticələri, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də uzun illər ərzində onların yarımçıq tikililərdə, zirzəmilərdə, yataqxanalarda və digər ağır sosial-məişət şəraiti olan yerlərdə yaşamağa məcbur qalması barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş ardıcıl, kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu çərçivədə həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşır, onların sosial rifahının yaxşılaşdırılmasına mühüm humanitar dəstək göstərir.

Çıxışda işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli qayıdışının təşkili dövlət siyasətinin başlıca prioritetləri sırasında qeyd olunub. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə də əhəmiyyətli töhfə verir. Böyük Qayıdış prosesi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də öz əksini tapıb.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastrukturun yaradılması və ərazilərin dayanıqlı inkişafı istiqamətində mühüm layihələr icra olunur. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili, bu prosesə hazırlıq, əhalinin məlumatlandırılması və reinteqrasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirilir, vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi qaynar xətt xidməti fəaliyyət göstərir. Bütün bu tədbirlər Böyük Qayıdışa dair I Dövlət Proqramının müvafiq istiqamətləri üzrə reallaşdırılır.

Mühazirə zamanı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirməsinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi əngəllər yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan mina probleminin beynəlxalq səviyyədə həlli istiqamətində ardıcıl səylər göstərir, Ermənistanın mina xəritələrini təqdim etməsi ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında təcili tədbirlərin görülməsi tələbini irəli sürür. Bu xüsusda beynəlxalq ictimaiyyətin problemin həlli istiqamətində səylərinin gücləndirilməsi və Ermənistana təzyiqlərin artırılması zəruri hesab olunur.

Təqdimatda, həmçinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi fəaliyyətin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə yanaşı, reabilitasiya və reinteqrasiya sahəsində də beynəlxalq təcrübə baxımından əhəmiyyətli model formalaşdırır.

Sessiya çərçivəsində iştirakçılara Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filmi, eləcə də Böyük Qayıdış prosesinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda Fuad Hüseynov iştirakçıların keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və digər əlaqəli məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Jurnalist və media subyektləri üçün müsabiqələrdə YENİLİK

Həm fərdi jurnalist müsabiqəsini, həm də çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib.Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.Belə ki, "Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları" və "Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları" təsdiq edilib.Müsabiqələrin qiymətləndirilməsi zamanı yazı və süjetlərin sosial şəbəkə hesabları üzrə - "X", "Instagram", "TikTok", "Facebook", "Telegram" və "YouTube" platformalarında yayımlanması və qarşılıqlı əlaqə sayı nəzərə alınacaq.Qeyd edilib ki, onlayn media subyektinə məxsus fərdi rəqəmsal hesablarda qiymətləndirmə dövrü üzrə qeydə alınmış...

20 Noyabr 2026, 11:31

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü olub

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində hərbçilərin və Qarabağ atlarının yürüşü olub.APA-nın Qarabağ bürosu xəbər verir ki, yürüş şəhər küçələrindən başlayaraq İmarət Kompleksində yekunlaşıb.Şəhər Günü münasibətilə İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların müxtəlif məhsullarının təqdim olunduğu yarmarka da təşkil edilib.Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.Hazırda Ağdam şəhərində Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər davam edir.Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Atçılıq Federasiyasının, Aqrar Tədarük və Təchizat ASC-nin...

20 Noyabr 2026, 11:05

Məleykə Abbaszadə: BDU-da akademik dürüstlük gücləndirilməlidir

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".Citypost.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb."Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi...

20 Noyabr 2026, 10:49

Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.Bu barədə Citypost.az xəbər verir 

20 Noyabr 2026, 10:21

MÜTDA-ya yeni şöbə müdiri təyin edilib

Abdullayeva İlhamə Sarif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq rifahı və inkişafı şöbəsinə müdir təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

20 Noyabr 2026, 09:42

Sabiq nazir Sumqayıtda idarə müdiri təyin olunub

Elxan Nəcəfov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Qeyd edək ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb....

20 Noyabr 2026, 09:31