Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

İqtisadiyyat 27 Noyabr 2026, 09:55

249

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,43 ABŞ dolları və ya 2,42 % artaraq 102,77 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 97,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,4 ABŞ dolları və ya 2,51 % artaraq 98,01 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib

Horadiz–Ağbənd dəmir yolu xəttinin III mərhələsi üzrə 5 körpü tikilib.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.Məlumata əsasən, xəttin ümumi uzunluğu təxminən 110,4 kilometr, yan yollar nəzərə alınmaqla 140,6 kilometrdir. Dəmir yolu üzrə layihələndirmə işlərinin 85 %-i, tikinti-quraşdırma işlərinin isə 73 %-i yerinə yetirilib.Hazırda 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir. Bu dəmiryol xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılır....

27 Noyabr 2026, 13:07

Kərə yağından sonra duru yağ da bahalaşdı

Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.Citypost.az İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər."Kərə yağından istifadə edirəm. O da endirimdə olanlardan. Endirim olan günlərdə alıram, adi vaxtlarda almıram", - deyə alıcılardan biri bildirib.Marketlərdə isə müxtəlif istehsalçılara məxsus onlarla çeşiddə bitki yağına rast gəlmək mümkündür. Satıcılar da...

27 Noyabr 2026, 08:00

İndiyədək Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi açıqlandı

İndiyədək Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb.Citypost.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.Bildirilib ki, hazırda Parkda 37 rezident və 2 qeyri-rezident fəaliyyət göstərir.Bu günədək sənaye parkında 1000-dən çox daimi iş yeri yaradılıb.

26 Noyabr 2026, 15:16

Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur.Citypost.az xəbər verir ki, ölkə ərazisində keçirilən respublika səviyyəli idman tədbirlərində baş hakimin gündəlik xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin gündəlik xidmət haqqı isə 25 manat təşkil edir.Xidmət haqqı hakimlərə vəzifələrini yerinə yetirdikləri günlər üçün digər maddi təminat növlərindən asılı olmayaraq ödənilir.Tədbirin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun yemək xərci də ödənilir. (Oxu.az)...

26 Noyabr 2026, 13:15

Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb

2026-cı ilin oktyabr ayında ailə başçısını itirməyə görə 190 292 nəfərə pensiya və müavinət ödənilib.Bu barədə Citypost.az Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, həmin şəxslərdən 138 164 nəfəri pensiya, 52 128 nəfəri isə müavinət alıb.

26 Noyabr 2026, 10:16

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,21 ABŞ dolları və ya 4,37 % artaraq 100,34 ABŞ dolları təşkil edib.Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 94,96 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,18 ABŞ dolları və ya 4,57 % artaraq 95,61 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...

26 Noyabr 2026, 09:30