Aİ və Kanada münasibətlərdə “yeni fəsil” açmağa hazırlaşır
Dünya 29 Oktyabr 2026, 09:45
2146
Avropa İttifaqı (Aİ) və Kanada ABŞ ilə münasibətlərdə yaranan qeyri-müəyyənlik fonunda strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir. Tərəflər Monrealda keçiriləcək sammitdə iqtisadiyyat, enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.
Citypost.az AFP-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sammit ərəfəsində Kanadanın Aİ-nin ilk “assosiativ üzvü” olması ilə bağlı müzakirələrə başlanacağını açıqlayıb.
“Əsas məqsədimiz indiyədək Avropadan kənar bir ölkə ilə ən yaxın tərəfdaşlığımızı qurmaqdır. Ortaq tariximizdə yeni bir fəsil Monrealda başlayır”, – deyə fon der Leyen bildirib.
Kanadanın Baş naziri Mark Karni də sammitdən əvvəl yeni və iddialı ittifaqın yaradılmasına çağırıb. Onun sözlərinə görə, dünya daha təhlükəli və parçalanmış vəziyyətə gəlib və Kanada ilə Avropa İttifaqı bu çağırışlara qarşılıqlı güclərindən istifadə etməklə cavab verməlidir.
Qeyd edək ki, həm Kanada, həm də Aİ ABŞ Prezidenti Donald Trampın siyasətindən narahatdır. Vaşinqtonun tətbiq etdiyi gömrük tarifləri hər iki tərəfin iqtisadi maraqlarına təsir göstərib. Trampın Kanadanı ABŞ-a birləşdirməklə bağlı dəfələrlə səsləndirdiyi fikirlər də Ottavada ciddi narazılıq yaradıb. Karni ABŞ-dan iqtisadi asılılığın azaldılmasını ölkəsinin əsas prioritetlərindən biri kimi qiymətləndirib.
Sammitdə iqlim, enerji, süni intellekt və rəqəmsal ticarət sahələrində əməkdaşlığın dərinləşdirilməsi gözlənilir. Müzakirə olunan təşəbbüslər çərçivəsində Kanadanın bəzi Aİ proqramlarında iştirak etməsi və tərəflər arasında ortaq idarəetmə mexanizminin yaradılması da nəzərdə tutulur.
Həmçinin oxuyun
Bundan başqa, Avropa İnvestisiya Bankının Kanadadakı mühüm mineral ehtiyatları ilə bağlı layihələrə dəstək verməsi məsələsi gündəmə gələ bilər. Kanada Avropanın batareyalar və külək turbinləri kimi yaşıl texnologiyaların istehsalı üçün ehtiyac duyduğu vacib mineralların böyük ehtiyatlarına malikdir.
Tərəflərin daha sürətli və ucuz onlayn əməliyyatlara imkan verəcək rəqəmsal ticarət sazişini təqdim etməsi, eləcə də Kanadanın Avropa İttifaqının Erasmus tələbə mübadiləsi proqramında iştirakı imkanlarını müzakirə etməsi gözlənilir.
Kanadanın Baş naziri Mark Karni isə yeni tərəfdaşlığın necə adlandırılmasından daha çox, onun ölkə vətəndaşlarının həyatına verəcəyi töhfənin əhəmiyyətli olduğunu vurğulayıb.
Turan
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
Ukrayna iki il ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına G7 ölkələrindən 49,4 milyard dollar alıb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu, Ukrayna Maliyyə Nazirliyinin hesabatlarında öz əksini tapıb.Məlumata görə, Kiyev 2026-cı ilin əvvəlindən bəri bu mexanizm çərçivəsində təxminən 10,5 milyard dollar maliyyə dəstəyi əldə edib.Qeyd edək ki, 2024-cü ilin oktyabrında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlər hesabına Ukraynaya 50 milyard dollar kredit ayrılması barədə razılığa gəliblər....
07 Noyabr 2026, 08:29
Ermənistanın sabiq naziri məhkəməyə yenə xərəkdə gətirildi
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib....
06 Noyabr 2026, 19:00
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Fransada polis noyabrın 5-dəki genişmiqyaslı etirazlar zamanı 642 nəfəri saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.Həmçinin bildirilib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 112 əməkdaşı yaralanıb.
06 Noyabr 2026, 18:44
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir....
06 Noyabr 2026, 18:00
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə etdilər
Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin...
06 Noyabr 2026, 17:55
"Cəhənnəm Necati"nin əsas adamlarından biri həbs edildi - Foto
Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib....
06 Noyabr 2026, 14:44