Microsoft-un Azure bulud biznesi gözləntiləri üstələyib
Dünya 29 Oktyabr 2026, 09:50
2696
Microsoft-un bulud hesablama xidmətləri üzrə gəlirlərinin sürətlə artması şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərib. Süni intellektə böyük investisiyalar yatıran texnologiya nəhəngi sentyabr ayında başa çatan rübdə analitiklərin gəlir və mənfəət proqnozlarını üstələyib. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri 5 faizdən çox bahalaşıb.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Microsoft-un ümumi gəliri hesabat dövründə 92,3 milyard dollar, mənfəəti isə 36,6 milyard dollardan çox olub. FactSet-in məlumatına görə, analitiklər şirkətin gəlirinin 90,6 milyard dollar, mənfəətinin isə 35,1 milyard dollar təşkil edəcəyini gözləyirdilər.Şirkətin bulud hesablama platforması Azure-un gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz artaraq 33,2 milyard dollara çatıb. Bu göstərici Microsoft-un bulud bazarında mövqeyini gücləndirsə də, rəqabət getdikcə kəskinləşir. Amazon Web Services (AWS) qlobal bazarda liderliyini qoruyur, Google-un bulud bölməsi isə hesabat dövründə gəlirini iki dəfəyə yaxın artıraraq 30,7 milyard dollara çatdırıb.
Microsoft-un baş direktoru Satya Nadella bildirib ki, şirkət müştərilərinə daha geniş imkanlar, seçim azadlığı, nəzarət və xərclərə qənaət üstünlükləri təqdim etməyə çalışır.Bununla yanaşı, süni intellekt texnologiyalarının inkişafı şirkətin xərclərini də əhəmiyyətli dərəcədə artırır. Microsoft ötən rübdə əmlak və avadanlıqlara çəkilən xərclərini təxminən iki dəfə artıraraq 39 milyard dollara çatdırıb. Şirkətin maliyyə direktoru Emi Hudun sözlərinə görə, ümumi kapital xərcləri 45,2 milyard dollar təşkil edib
Nadella bildirib ki, şirkət ötən rüb ərzində dünya üzrə 24 yeni məlumat mərkəzi yaradıb. Microsoft 2026-cı ilin son rübündə kapital xərclərinin 50 milyard dolları ötəcəyini, illik ümumi xərclərinin isə 170 milyard dollara çata biləcəyini gözləyir.Maliyyə nəticələri şirkətin işçi siyasətində dəyişikliklər fonunda açıqlanıb. Microsoft-un təxminən 60 min əməkdaşına könüllü işdən ayrılma təklif etdiyi bildirilir. Bu, şirkətin cari il ərzində işçilərinə təqdim etdiyi ikinci belə proqramdır. Tənzimləyici sənədlərə əsasən, iyunun sonunda Microsoft-un dünya üzrə 223 min əməkdaşı olub. İlin əvvəlində bu rəqəm 228 min idi.
Həmçinin oxuyun
Qeyd edək ki, süni intellekt sahəsində rəqabət texnologiya şirkətlərini məlumat mərkəzlərinə və hesablama infrastrukturuna böyük vəsait yatırmağa sövq edir. Bununla belə, yüksək xərclərin uzunmüddətli perspektivdə nə dərəcədə gəlir gətirəcəyi sektor üçün əsas suallardan biri olaraq qalır. Microsoft-un rəqibləri də bu istiqamətdə investisiyalarını artırırlar. Alphabet və Meta süni intellekt layihələrini maliyyələşdirmək üçün böyük həcmdə vəsait cəlb etməyə çalışır, Amazon isə rüblük maliyyə nəticələrini açıqlamağa hazırlaşır.
Turan
Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb
Noyabrın 14-də Parisdə 30 mindən 60 minədək insanın iştirakı ilə 3 etiraz aksiyasının keçirilməsi planlaşdırılıb."Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.Hüquq-mühafizə orqanları tərəfindən silahın qanuni tətbiqi prezumpsiyası haqqında qanun layihəsinə qarşı aksiya, uşaqlara qarşı zorakılıq əleyhinə beynəlxalq yürüş və "sarı jiletlilər"in mitinqi başlanğıc yeri Respublika meydanı olmaqla Paris polisi prefekturasında qeydiyyata alınıb.Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, şənbə günü etirazlar zamanı asayişin qorunması üçün təxminən 70 min polis və jandarm cəlb ediləcək....
13 Noyabr 2026, 18:40
Türkiyə Suriya ilə şəhərsalma sahəsində əməkdaşlıq edəcək
Türkiyə Suriyanın yenidən qurulması prosesində mənzil tikintisi, şəhərsalma, infrastruktur və ətraf mühitin idarə olunması sahələrində əməkdaşlığa hazırdır."Report"un Türkiyə bürosu xəbər verir ki, bunu COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalyada keçirilən sammit çərçivəsində Suriyanın yerli idarəetmə və ətraf mühit naziri Məhəmməd Ancarani ilə görüşündən sonra bildirib.O qeyd edib ki, görüşdə mənzil tikintisi, şəhərsalma, infrastruktur, ətraf mühitin idarə olunması və yerli idarəetmə orqanlarının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub....
13 Noyabr 2026, 17:34
Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
Rusiya Finlandiyanın NATO-dan çıxmasını və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsini tələb edir.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.“Yeni Avropa təhlükəsizlik nizamı ilə bağlı sərt şərtlər Rusiya nümayəndələri tərəfindən müharibənin dayandırılmasına dair qeyri-rəsmi danışıqlarda irəli sürülüb. Bu şərtlər həmçinin Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib. Moskva Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamağı və Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası istəyir.Bundan əlavə, Rusiyanın planı NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, eləcə də Finlandiyanın Alyansdan çıxmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq...
13 Noyabr 2026, 17:20
Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.Məlumata görə, idmançını müşayiət edən şəxslərdən biri də eyni cəzanı alıb. Məhkəmə iclasında iştirak etmiş şəxslərin tanışına istinadən yayılan xəbərdə Nurməhəmmədov və onun yoldaşının hər biri 300 min dirhəm (81 min dollardan çox) cərimələnib.M.Dvalişvili və onun dostu Saba Lazişvili isə həbs cəzasından yayınıblar. Onların hər birinə hadisənin görüntülərini yaydıqlarına görə 50 min dirhəm (təxminən 13 min 600 dollar) cərimə kəsildiyi qeyd olunur.Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və...
13 Noyabr 2026, 16:41
Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb. Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan “Amazon” şirkətinin...
13 Noyabr 2026, 15:05
Microsoft Outlook 74 ölkədə xidmətləri sıradan çıxardı
Microsoft-un Outlook, Teams və Copilot daxil olmaqla bir sıra xidmətlərində noyabrın 12-də qlobal miqyasda ciddi nasazlıq qeydə alınıb. Kəsinti nəticəsində 74 ölkə və ərazidə on minlərlə istifadəçi xidmətlərə daxil olmaqda çətinlik çəkib.Citypost.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.Nasazlıq xüsusilə Outlook elektron poçt xidmətinin fəaliyyətinə təsir göstərib. İstifadəçilər elektron məktublarına daxil ola bilməyib, həmçinin Microsoft-un digər platformalarında da bağlantı problemləri yaranıb.Şirkət problemin infrastrukturun ayrı-ayrı hissələrində yükün kəskin artması ilə əlaqədar olduğunu açıqlayıb. Microsoft bildirib ki, nasazlığın təsirlərini azaltmaq üçün bir neçə istiqamətdə tədbirlər görülür. Bu çərçivədə yeni yerləşdirmələr dayandırılıb, əlavə trafik təsirlənmiş serverlərdən digər infrastruktura yönləndirilib və serverlərin...
13 Noyabr 2026, 09:49