DİN-dən əməliyyat: Avtomat, tapança, tüfəng tapıldı
Hadisə 26 Mart 2025, 11:00

497
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları martın 25-də ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.
Citypost.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, iki tapança, bir qumbara atan, bir tüfəng, üç patron darağı, aşkar edilərək götürülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Yasamalda yaşayış olan evi sökən tikinti şirkətinin rəhbəri həbs olunub
Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud...
29 Mart 2025, 13:53

Ötən gün 42 kq-a yaxın narkotik vasitə aşkarlanıb
Polis əməkdaşları ötən gün ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,6 kiloqramdan artıq heroin, 35,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan artıq metamfetamin olub.
29 Mart 2025, 11:16

TƏCİLİ! Qalib Məmmədov tutuldu
Ötən gün Bakının Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.Citypost.az xəbər verir ki, Q.Məmmədov ötən gün faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş...
28 Mart 2025, 09:52

Nəsimi rayonunda 13 kq marixuana və həşiş aşkarlanıb
Nəsimi rayonunda narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb.DİN-dən verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı araşdırmalar aparılır.Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....
25 Mart 2025, 21:39

Polkovnik-leytenant qəfil vəfat etdi - Foto
Fövqəladə Hallar Nazirliyinin təqaüddə olan zabiti qəfil vəfat edib.“Qafqazinfo” xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Ədalət Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.Qeyd edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
25 Mart 2025, 10:57

Ötən gün ölkə ərazisində qumbara və silahlar aşkarlanıb
Azərbaycanda martın 24-də qumbara və silahlar aşkarlanıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
25 Mart 2025, 10:16