Sabirabadda yeni doğulan körpə səhlənkarlıq nəticəsində öldü
Hadisə 30 Mart 2025, 16:00

477
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.
Citypost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib.
Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Xəyalə Natiq qızı Əsədova Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib.
Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq gecikmə olduğu üçün doğum təbii yolla baş verib. Körpə həmin gün ölüb.
Həkim M.Yunusova bunun virus səbəbindən baş verdiyini iddia edib.
Uşağın atası Kamal Malıyev faktı təsdiqləyərək həyat yoldaşının hazırda Sabirabad Mərkəzi Xəstəxanasında müalicə aldığını və şikayətçi olmadığını bildirib:
"Mən ərizə yazdım ki, həkimdən heç bir şikayətim yoxdur".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azad edilmiş ərazilərdə ötən ay 436 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.ANAMA-dan Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9755 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
01 Aprel 2025, 15:39

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub
Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub.Citypost.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.
01 Aprel 2025, 10:00

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Citypost.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
01 Aprel 2025, 09:39

Xaçmazın müxtəlif ərazilərində yanğın baş verib - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini...
31 Mart 2025, 17:05

DSX: İrandan pilotsuz uçuş aparatı ilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
31 Mart 2025, 12:11

Gəncədə yeniyetmə dəm qazından zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.Hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
30 Mart 2025, 23:07