Bizə yazın

Baku

-°C

USD

-

Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat

Hadisə 11 Noyabr 2026, 09:28

380

Tərtərdə həmkəndlisi S.A-ya “Kalaşnikov”la atəş açan 1990-cı il təvəllüdlü B.Q-nin məhkəmə prosesi başa çatıb.

Citypost.az Xitab24.az-a istinadən əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Cinayət Məcəlləsinin 29, 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinən B.Q. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. B.Q. bu səbəbdən S.A-ya kənddən getməsi ilə bağlı xəbərdarlıq edib. Hadisələrin davamında təqsirləndirilən şəxs zərərçəkmişin “VAZ-21014” markalı avtomobilinə “Kalaşnikov”la atəş açıb.

Avtomatdan atılan güllələrin heç biri S.A-ya dəyməsə də, avtomobili zərər görüb. Hadisədən sonra təqsirləndirilən şəxs polisə təslim olub.

Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş hərbçi olmaqla yanaşı, Vətən Müharibəsində iştirak edib. B.Q. döyüşlərdə yaralandığı üçün ehtiyata buraxılıb, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, hadisədə istifadə etdiyi avtomatı Ağdərə istiqamətində taparaq özündə saxlayıb

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb.Citypost.az xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb.Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar.Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib.Onlar bildirirlər ki, bu, massivdə ilk belə hadisə deyil, ərazidə sahibsiz itlərin sayı artır. Xüsusilə səhər erkən və axşam saatlarında həyətə çıxmağa ehtiyat edirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Deyirlər ki, müxtəlif qurumlara müraciət ediblər, amma nəticə olmayıb.Daha ətraflı “Xəzər TV”nin süjetində:...

11 Noyabr 2026, 09:16

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günündə vəfat edib.Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib.Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb.Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir.

10 Noyabr 2026, 17:35

Nəvəsinin andiçməsinə gedən yaşlı kişi itkin düşüb

Astara sakini Gəncədə itkin düşüb.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş.M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəsi ilə görüşüb, həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb. Hadisə ilə bağlı artıq polisə məlumat verilib, onun axtarışları davam etdirilir.Qeyd edək ki, Mirzəcan Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub. Onun haqqında məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur....

10 Noyabr 2026, 16:59

Sumqayıtda avtomobil yandı

Sumqayıt şəhərində avtomobil tamamilə yanıb.Citypost.az  xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində, Azərbaycan prospektində qeydə alınıb.1991-ci il təvəllüdlü şəhər sakini Elxan Elman oğlu Qədəşova məxsus "Chevrolet" markalı minik avtomobili naməlum səbəbdən yanaraq yararsız hala düşüb.Yanğının başvermə səbəbləri araşdırılır.

10 Noyabr 2026, 15:56

Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahil Park ərazisində ölüb.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

10 Noyabr 2026, 13:50

Bulvarda qayalıqda köməksiz qalan 20 yaşlı gənc xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib....

10 Noyabr 2026, 11:24