Etibar Əliyev: “10 ilə Amerika camaatı bu qədərmi savadlandı?!”
Siyasət 05 Noyabr 2026, 09:10
141
Sabiq deputat Etibar Əliyev ABŞ-də seçicilərin təhsil səviyyəsi ilə siyasi seçimləri arasındakı əlaqəyə diqqət çəkərək 2016-cı il prezident seçkilərinin nəticələrini xatırladıb.
Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edərək tanınmış fransız sosioloq və antropoloq Emmanuel Toddun “Biz hara gedirik?” kitabından sitat gətirib.
Sabiq deputat kitabda yer alan 2016-cı il ABŞ prezident seçkiləri ilə bağlı statistik göstəriciləri təqdim edib. Həmin məlumatlara əsasən, orta təhsilli ağdərili seçicilərin 71 faizi Donald Trampa, 23 faizi isə Hillari Klintona səs verib. Tam ali təhsili olmayan seçicilər arasında Tramp 51, Klinton isə 43 faiz dəstək qazanıb.
Paylaşımda qeyd olunan digər göstəricilərə görə, bakalavr təhsili olan seçicilərin 49 faizi Klintona, 43 faizi Trampa səs verib. Magistr dərəcəsi olanlar arasında isə Klintonun dəstəyi 58 faiz, Trampın dəstəyi 37 faiz təşkil edib. LGBT icmasının nümayəndələrinin 77 faizi Klintona, 14 faizi isə Trampa səs verib.
Etibar Əliyev bu statistik məlumatları paylaşaraq ABŞ-də seçicilərin təhsil səviyyəsi və siyasi seçimləri ilə bağlı diqqətçəkən sual ünvanlayıb:
“10 ilə Amerika camaatı bu qədərmi savadlandı?!”
Sabiq deputatın bu sualı ABŞ-də 2016-cı il və sonrakı seçkilərdə seçici davranışlarının müqayisəsinə, eləcə də təhsil səviyyəsinin siyasi seçimlərə təsirinə diqqət çəkir.
“İlham Əliyev Azərbaycanın qırmızı xəttidir” – Cümşüd Nuriyev
Sabiq deputat, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Türkiyədə bəzi şəxslərin Azərbaycan və Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə etiraz edib.Citypost.az xəbər verir ki, Cümşüd Nuriyev sosial şəbəkə hesabında paylaşım edərək qardaş Türkiyədəki bəzi AKP tərəfdarlarının və dini siyasi məqsədlər üçün istifadə edən şəxslərin Azərbaycan və dövlət başçısı barədə fikirlərini yolverilməz hesab edib.Professor bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın milli atributlarından biri və ölkənin qırmızı xəttidir. O, bu cür açıqlamalarla çıxış edən şəxsləri hədlərini aşmamağa çağırıb.Cümşüd Nuriyevin fikrincə, Azərbaycan “böyük qardaş” sindromundan qurtulmalı, Türkiyə ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi qorunmalıdır. O, yad qüvvələrin işğalı ilə yanaşı, qardaş dövlətin istismarının və...
05 Noyabr 2026, 08:32
Səməd Hətəmov: “ABŞ-də ara seçkilərin nəticələri Türkiyə ilə münasibətlərə də təsir göstərə bilər”
Siyasətçi Səməd Hətəmov ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Vaşinqtonun xarici siyasətinə, o cümlədən Türkiyə ilə münasibətlərinə mümkün təsirlərinə diqqət çəkib.Citypost.az xəbər verir ki, Səməd Hətəmov sosial şəbəkə hesabında paylaşım edərək ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Ankara-Vaşinqton münasibətlərində də müəyyən dəyişikliklərə səbəb ola biləcəyini bildirib.Siyasətçinin fikrincə, seçkilərdən sonra ABŞ-da siyasi qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının qərarlarına və xarici siyasət prioritetlərinə təsirsiz ötüşməyəcək. Bu prosesin Türkiyə ilə ikitərəfli münasibətlərə də təsir göstərə biləcəyi ehtimal olunur.Səməd Hətəmovun fikrincə, qarşıdakı dövrdə ABŞ-Türkiyə münasibətlərində baş verə biləcək dəyişiklikləri diqqətlə izləmək lazımdır....
05 Noyabr 2026, 08:12
TRAMPIN İRAN PLANI SUAL ALTINDA: İlqar Məmmədovdan diqqətçəkən təhlil
Siyasətçi İlqar Məmmədov ABŞ-da keçirilən parlament seçkilərinin nəticələrinin Donald Trampın gələcək siyasi qərarlarına və İranla bağlı siyasətinə mümkün təsirlərini şərh edib.Citypost.az xəbər verir ki, İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək Respublikaçılar Partiyasının seçkilərdə üzləşdiyi məğlubiyyəti diqqətə çatdırıb.Siyasətçinin fikrincə, ABŞ xalqının seçkilərdə respublikaçılara verdiyi mesaj Trampın İranla bağlı mümkün hərbi addımları fonunda xüsusi əhəmiyyət daşıyır. O, bunu obrazlı şəkildə ifadə edərək Amerika xalqının Trampın partiyasını “nüvə bombası kimi səslə” darmadağın etdiyini bildirib.İ.Məmmədov Trampın seçkilərdəki nəticəyə qəsdən şərait yaratmış ola biləcəyini də istisna etməyib. Onun ehtimalına görə, ABŞ prezidenti bununla İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqlərindən qurtulmağa çalışmış ola bilər.Bununla belə,...
05 Noyabr 2026, 00:32
Əliabbas Məhərrəmli: “Müharibənin uzanması İran üçün siyasi imkanlar yaradır”
İctimai fəal Əliabbas Məhərrəmli ABŞ-da keçirilən seçkilərin nəticələrinin Donald Trampın siyasi fəaliyyətinə və İranla ABŞ-İsrail arasında davam edən müharibəyə mümkün təsirləri barədə açıqlama verib.Citypost.az xəbər verir ki, Əliabbas Məhərrəmli paylaşımında Respublikaçılar Partiyasının seçkilərdə ciddi məğlubiyyətə uğramasının Trampın qarşıdakı dövrdə siyasi qərarlarını həyata keçirməsini çətinləşdirəcəyini bildirib.İctimai fəalın sözlərinə görə, Demokratlar Partiyasının Konqresdə və Senatda üstünlük qazanması Trampın, xüsusilə də xarici siyasət sahəsində addımlarına müəyyən maneələr yarada bilər. O hesab edir ki, bu nəticələrə İranla ABŞ və İsrail arasında davam edən müharibə kontekstində də baxmaq lazımdır.Ə.Məhərrəmli qeyd edib ki, müharibənin uzanması ABŞ və İsrailin qarşılarına qoyduqları məqsədlərə nail ola bilməməsi ilə nəticələnərsə,...
05 Noyabr 2026, 00:21
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak...
04 Noyabr 2026, 18:56
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”....
04 Noyabr 2026, 16:20