Bizə yazın

Baku

-°C

USD

-

Tapdıq Fərhadoğlu: “ABŞ-də yeni siyasi balans Ukrayna və Azərbaycan üçün ciddi nəticələr doğura bilər”

Siyasət 05 Noyabr 2026, 09:44

232

Jurnalist Tapdıq Fərhadoğlu ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini və onların beynəlxalq siyasətə, xüsusilə İran, Ukrayna və Cənubi Qafqaz regionuna mümkün təsirlərini təhlil edib.

Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında geniş təhlilini paylaşaraq Konqresin hər iki palatasında Demokratların nəzarəti ələ keçirməsinin Donald Tramp administrasiyasının siyasi imkanlarına təsir göstərə biləcəyini bildirib.

Tapdıq Fərhadoğlunun fikrincə, yeni siyasi balans Ağ Evin xarici siyasət təşəbbüslərinin həyata keçirilməsində müəyyən çətinliklər yarada bilər. Xüsusilə İranla müharibə, Ukrayna ilə bağlı danışıqlar və Azərbaycan-Ermənistan münasibətlərində Vaşinqtonun vasitəçiliyi baxımından Konqresin mövqeyi əhəmiyyətli olacaq.

Təhlildə Ukrayna məsələsinə də geniş yer ayrılıb. Tapdıq Fərhadoğlu ABŞ-nin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan danışıqların nəticələrinin yeni siyasi şəraitdə xüsusi əhəmiyyət daşıyacağını vurğulayıb. O hesab edir ki, Demokratların Konqresdə üstünlük əldə etməsi Ukraynaya maliyyə və hərbi dəstəyin artırılması istiqamətində yeni imkanlar yarada bilər. Bununla yanaşı, silah tədarükü və sanksiyalarla bağlı əsas qərarların icra hakimiyyətindən də asılı olduğunu xatırladıb.

Jurnalist Azərbaycan-ABŞ münasibətlərinin gələcəyini də təhlil edib. Onun fikrincə, Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi Vaşinqtonun Bakıya münasibətində müəyyən siyasi təzyiqlərə səbəb ola bilər. Xüsusilə 907-ci düzəliş, müdafiə əməkdaşlığı və Strateji Tərəfdaşlıq Xartiyasının icrası qarşıdakı dövrdə diqqət mərkəzində olacaq.

Tapdıq Fərhadoğlu hesab edir ki, ABŞ-də yeni siyasi balans Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə də təsirsiz ötüşməyəcək. Demokratların Ermənistanla bağlı mövqeyi, eləcə də Konqresdəki müzakirələr Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni yanaşmaların ortaya çıxmasına səbəb ola bilər.

Təhlildə TRIPP layihəsinin gələcək taleyinə də toxunulub. Jurnalist bildirib ki, layihənin siyasi və hüquqi əsasları formalaşsa da, korporativ mexanizmlərin tamamlanması və tikinti mərhələsinə keçid hələ də mühüm məsələlərdəndir. Onun fikrincə, ABŞ-dəki siyasi dəyişikliklər layihənin birbaşa dayandırılmasına səbəb olmasa da, maliyyələşmə və təhlükəsizlik təminatları ilə bağlı əlavə şərtlər yarada bilər.

Müəllif regionun gələcək inkişafı ilə bağlı bir neçə mümkün ssenarini də nəzərdən keçirib. Bunlara ABŞ administrasiyası ilə Konqres arasında siyasi kompromis, Vaşinqtonda qarşıdurmanın dərinləşməsi və xarici siyasətdə daha institusional qərarvermə modelinə keçid daxildir.

Tapdıq Fərhadoğlunun qənaətinə görə, Azərbaycanın əsas prioriteti Vaşinqtonla münasibətləri yalnız bir siyasi partiya və ya konkret prezidentin fəaliyyəti üzərində qurulmamalıdır. Bakı həm Ağ Evlə mövcud tərəfdaşlığı qoruyub saxlamalı, həm də Konqresin Demokrat qanadı və ABŞ-nin təhlükəsizlik institutları ilə dialoqu genişləndirməlidir.

Jurnalist hesab edir ki, 2027-ci il Azərbaycan üçün ABŞ ilə münasibətlərin yeni siyasi şəraitdə davamlılığının, enerji və nəqliyyat əməkdaşlığının, eləcə də regional təhlükəsizlik maraqlarının qorunmasının mühüm sınağı olacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc: 8 Noyabr Azərbaycanın yeni dövlətçilik ideologiyasının təməlidir

İkinci Qarabağ müharibəsinin altıncı ildönümü Qələbənin haqlı emosional təntənəsindən və yeni milli kimliyə duyğusal keçidindən sonra indi daha rasional təhlillər aparmağı tələb edir. Yeni dünya düzəni axtarışı Ermənistan-Azərbaycan hərbi toqquşmasından sonrakı müharibələrin nəticələri ilə müqayisəyə imkan yaradır. Rusiya-Ukrayna arasında beşinci ilini tamamlayan və dünyəvi toqquşmaya çevrilən silahlı konflikt, o cümlədən, İran ətrafında davam edən gərginlik nəticələrə birlikdə baxmaq üçün canlı misallardır. Əgər Azərbaycanın misilsiz uğurunun sirrini bir cümlədə əks etdirmək tələb olunarsa, onda ilk növbədə, məğlubiyyət tarixindən çıxarılan düzgün dərs, savaşın məhdud radiusda aparılması, düzgün zaman seçimi, cəmiyyətin qalibiyyətdən başqa yol görməməsi, eləcə də xarici dövlətlərin regiona silahlı müdaxiləsinin qarşısının...

05 Noyabr 2026, 09:25

Etibar Əliyev: “10 ilə Amerika camaatı bu qədərmi savadlandı?!”

Sabiq deputat Etibar Əliyev ABŞ-də seçicilərin təhsil səviyyəsi ilə siyasi seçimləri arasındakı əlaqəyə diqqət çəkərək 2016-cı il prezident seçkilərinin nəticələrini xatırladıb.Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edərək tanınmış fransız sosioloq və antropoloq Emmanuel Toddun “Biz hara gedirik?” kitabından sitat gətirib.Sabiq deputat kitabda yer alan 2016-cı il ABŞ prezident seçkiləri ilə bağlı statistik göstəriciləri təqdim edib. Həmin məlumatlara əsasən, orta təhsilli ağdərili seçicilərin 71 faizi Donald Trampa, 23 faizi isə Hillari Klintona səs verib. Tam ali təhsili olmayan seçicilər arasında Tramp 51, Klinton isə 43 faiz dəstək qazanıb.Paylaşımda qeyd olunan digər göstəricilərə görə, bakalavr təhsili olan seçicilərin...

05 Noyabr 2026, 09:10

“İlham Əliyev Azərbaycanın qırmızı xəttidir” – Cümşüd Nuriyev

Sabiq deputat, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Türkiyədə bəzi şəxslərin Azərbaycan və Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə etiraz edib.Citypost.az xəbər verir ki, Cümşüd Nuriyev sosial şəbəkə hesabında paylaşım edərək qardaş Türkiyədəki bəzi AKP tərəfdarlarının və dini siyasi məqsədlər üçün istifadə edən şəxslərin Azərbaycan və dövlət başçısı barədə fikirlərini yolverilməz hesab edib.Professor bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın milli atributlarından biri və ölkənin qırmızı xəttidir. O, bu cür açıqlamalarla çıxış edən şəxsləri hədlərini aşmamağa çağırıb.Cümşüd Nuriyevin fikrincə, Azərbaycan “böyük qardaş” sindromundan qurtulmalı, Türkiyə ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi qorunmalıdır. O, yad qüvvələrin işğalı ilə yanaşı, qardaş dövlətin istismarının və...

05 Noyabr 2026, 08:32

Səməd Hətəmov: “ABŞ-də ara seçkilərin nəticələri Türkiyə ilə münasibətlərə də təsir göstərə bilər”

Siyasətçi Səməd Hətəmov ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Vaşinqtonun xarici siyasətinə, o cümlədən Türkiyə ilə münasibətlərinə mümkün təsirlərinə diqqət çəkib.Citypost.az xəbər verir ki, Səməd Hətəmov sosial şəbəkə hesabında paylaşım edərək ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Ankara-Vaşinqton münasibətlərində də müəyyən dəyişikliklərə səbəb ola biləcəyini bildirib.Siyasətçinin fikrincə, seçkilərdən sonra ABŞ-da siyasi qüvvələr nisbətinin dəyişməsi Donald Tramp administrasiyasının qərarlarına və xarici siyasət prioritetlərinə təsirsiz ötüşməyəcək. Bu prosesin Türkiyə ilə ikitərəfli münasibətlərə də təsir göstərə biləcəyi ehtimal olunur.Səməd Hətəmovun fikrincə, qarşıdakı dövrdə ABŞ-Türkiyə münasibətlərində baş verə biləcək dəyişiklikləri diqqətlə izləmək lazımdır....

05 Noyabr 2026, 08:12

TRAMPIN İRAN PLANI SUAL ALTINDA: İlqar Məmmədovdan diqqətçəkən təhlil

Siyasətçi İlqar Məmmədov ABŞ-da keçirilən parlament seçkilərinin nəticələrinin Donald Trampın gələcək siyasi qərarlarına və İranla bağlı siyasətinə mümkün təsirlərini şərh edib.Citypost.az xəbər verir ki, İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək Respublikaçılar Partiyasının seçkilərdə üzləşdiyi məğlubiyyəti diqqətə çatdırıb.Siyasətçinin fikrincə, ABŞ xalqının seçkilərdə respublikaçılara verdiyi mesaj Trampın İranla bağlı mümkün hərbi addımları fonunda xüsusi əhəmiyyət daşıyır. O, bunu obrazlı şəkildə ifadə edərək Amerika xalqının Trampın partiyasını “nüvə bombası kimi səslə” darmadağın etdiyini bildirib.İ.Məmmədov Trampın seçkilərdəki nəticəyə qəsdən şərait yaratmış ola biləcəyini də istisna etməyib. Onun ehtimalına görə, ABŞ prezidenti bununla İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqlərindən qurtulmağa çalışmış ola bilər.Bununla belə,...

05 Noyabr 2026, 00:32

Əliabbas Məhərrəmli: “Müharibənin uzanması İran üçün siyasi imkanlar yaradır”

İctimai fəal Əliabbas Məhərrəmli ABŞ-da keçirilən seçkilərin nəticələrinin Donald Trampın siyasi fəaliyyətinə və İranla ABŞ-İsrail arasında davam edən müharibəyə mümkün təsirləri barədə açıqlama verib.Citypost.az xəbər verir ki, Əliabbas Məhərrəmli paylaşımında Respublikaçılar Partiyasının seçkilərdə ciddi məğlubiyyətə uğramasının Trampın qarşıdakı dövrdə siyasi qərarlarını həyata keçirməsini çətinləşdirəcəyini bildirib.İctimai fəalın sözlərinə görə, Demokratlar Partiyasının Konqresdə və Senatda üstünlük qazanması Trampın, xüsusilə də xarici siyasət sahəsində addımlarına müəyyən maneələr yarada bilər. O hesab edir ki, bu nəticələrə İranla ABŞ və İsrail arasında davam edən müharibə kontekstində də baxmaq lazımdır.Ə.Məhərrəmli qeyd edib ki, müharibənin uzanması ABŞ və İsrailin qarşılarına qoyduqları məqsədlərə nail ola bilməməsi ilə nəticələnərsə,...

05 Noyabr 2026, 00:21