Bizə yazın

Baku

-°C

USD

-

Bako Saakyan: Silahlar Ermənistandan gəlirdi  

Cəmiyyət 10 Mart 2025, 15:16

273

Qarabağda silahlanma haqqında ilk çağırış mitinqlərdə oldu.

Citypost.az xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.

O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib: “Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıda bu yol bağlı olacaq  

Sabah saat 09:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.

11 Mart 2025, 17:51

Abituriyentlərin diqqətinə: Keçid balları dəyişir  

İlkin proqnozlara görə, buraxılış imtahanlarının nəticələri yüksək olacaq. Əgər blok imtahanlarında da oxşar göstəricilər əldə olunarsa, prestijli ixtisaslarda keçid ballarında 3-5 ballıq artım müşahidə edilə bilər. Bununla belə, bəzi az tələbat olan ixtisaslar üzrə keçid ballarının nisbətən aşağı olacağı gözlənilir.

11 Mart 2025, 16:18

Dumanlı hava şəraitinin səbəbi məlum olub  

Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.Bu barədə 

11 Mart 2025, 16:00

Saray körpüsü nə vaxt istifadəyə veriləcək?  

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

11 Mart 2025, 15:00

Sabah bəzi yerlərdə 23 dərəcə isti olacaq  

Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava şəraitiMilli Hidrometeorologiya Xidmətindən 

11 Mart 2025, 14:44

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər  

Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.Citypost.az xəbər verir ki, bunu teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.O bildirib ki, aprel ayının 12-dən sonra Ümrə ziyarəti bir müddətlik dayandırılacaq. Çünki həmin tarixdən sonra Həcc ziyarəti başlayır:“Buna görə də həmin vaxt Ümrə ziyarətləri olmayacaq. Hər il Qurban bayramından 10-15 gün öncə Həcc ziyarəti başlayır. Zəvvarlar bayramdan 10-15 gün sonra geri qayıdırlar. Bu il Həcc ziyarətinə gedən zəvvarlar mayın 25-30-da yola düşəcəklər. İyulun 16-21-i intervalında isə geri dönüş olacaq”.Ümrə ziyarətinin qiymətinə gəlincə, şöbə müdiri söyləyib ki, bu, qalma müddətinə, hotellərin neçə ulduzlu olmasına və...

10 Mart 2025, 16:00