Saray körpüsü nə vaxt istifadəyə veriləcək?
Cəmiyyət 11 Mart 2025, 15:00

308
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah Bakıda bu yol bağlı olacaq
Sabah saat 09:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.
11 Mart 2025, 17:51

Abituriyentlərin diqqətinə: Keçid balları dəyişir
İlkin proqnozlara görə, buraxılış imtahanlarının nəticələri yüksək olacaq. Əgər blok imtahanlarında da oxşar göstəricilər əldə olunarsa, prestijli ixtisaslarda keçid ballarında 3-5 ballıq artım müşahidə edilə bilər. Bununla belə, bəzi az tələbat olan ixtisaslar üzrə keçid ballarının nisbətən aşağı olacağı gözlənilir.
11 Mart 2025, 16:18

Dumanlı hava şəraitinin səbəbi məlum olub
Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.Bu barədə
11 Mart 2025, 16:00

Sabah bəzi yerlərdə 23 dərəcə isti olacaq
Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava şəraitiMilli Hidrometeorologiya Xidmətindən
11 Mart 2025, 14:44

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər
Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.Citypost.az xəbər verir ki, bunu teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.O bildirib ki, aprel ayının 12-dən sonra Ümrə ziyarəti bir müddətlik dayandırılacaq. Çünki həmin tarixdən sonra Həcc ziyarəti başlayır:“Buna görə də həmin vaxt Ümrə ziyarətləri olmayacaq. Hər il Qurban bayramından 10-15 gün öncə Həcc ziyarəti başlayır. Zəvvarlar bayramdan 10-15 gün sonra geri qayıdırlar. Bu il Həcc ziyarətinə gedən zəvvarlar mayın 25-30-da yola düşəcəklər. İyulun 16-21-i intervalında isə geri dönüş olacaq”.Ümrə ziyarətinin qiymətinə gəlincə, şöbə müdiri söyləyib ki, bu, qalma müddətinə, hotellərin neçə ulduzlu olmasına və...
10 Mart 2025, 16:00

Müəllimləri təhqir edən direktorla bağlı rəsmi açıqlama
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.Bu barədə Citypost.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.Məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir.Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin...
10 Mart 2025, 15:45