Bizə yazın

Baku

-°C

USD

-

Rəsmi Bakı Fransanın dənizaşırı ərazilər nazirinə cavab verib

Siyasət 10 Mart 2025, 18:17

368

Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün ölkəmizi ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik.

Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFMTV”-yə müsahibəsi zamanı Azərbaycan əleyinə səsləndirdiyi əsassız iddialara cavabında deyib.

“Fransanın kolonial siyasətini təbliğ edən və bu ölkənin “3 okean və 5 qitədə” mövcud olduğunu iddia edən Manuel Vallsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar, Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil.

Ölkəsini “nadir güc” kimi qələmə verən nazir Manuel Valls səsləndirdiyi ziddiyətli fikirlərin Fransanın dənizaşırı ərazilərində baş verən zorakılıq aktları, müstəqillik tələb edən xalqların hərəkatlarının boğulması faktları qarşısında nə qədər zəif arqumentlər olduğunu özü də etiraf edir.

Nazir Manuel Vallsın fikirləri, Fransanın öz “strateji maraqları” müzakirə mövzusu olduqda fikir azadlığı, müstəqillik kimi anlayışları da qurban verməyə hazır olduğunu nümayiş etdirməsi, əslində bu ölkənin ikili standartlar yanaşmasından xəbər verir.

Fransa tərəfindən bu kimi iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls “BFMTV”-yə müsahibəsi zamanı növbəti dəfə Azərbaycanı Fransaya qarşı guya hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməklə Fransaya xarici müdaxilədə günahlandırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB  

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.

11 Mart 2025, 15:56

Gürcüstan Prezidenti Sahibə Qafarovanı qəbul edib  

Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti Mixail Kavelaşvili tərəfindən qəbul edilib.

11 Mart 2025, 14:31

Prezidentlər görüşüb

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

11 Mart 2025, 12:03

Milli Məclisin sədri Gürcüstana səfər edəcək  

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Gürcüstana səfər edəcək.Citypost.az-ın Gürcüstan bürosu xəbər verir ki, spiker Tbilisiyə səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə, eləcə də digər Gürcüstan rəsmiləri ilə görüşlər keçirəcək.Səfər martın 11-də başa çatacaq.

10 Mart 2025, 10:17

İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.Citypost.az  xəbər verir ki, paylaşımda “8 Mart - Beynəlxalq Qadınlar Günü” sözləri yer alıb.

07 Mart 2025, 21:20

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7 mart 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

07 Mart 2025, 15:30