Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib
Cəmiyyət 30 Mart 2025, 14:00

379
Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

TDT Baş katibi Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm cənab Prezident.Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm"....
01 Aprel 2025, 13:55

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevi təbrik edib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Zati-aliləri.Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....
01 Aprel 2025, 13:48

Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, məktubda deyilir:“Hörmətli İlham Heydər oğlu.Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.Əminəm ki,...
01 Aprel 2025, 13:39

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün 98 794 manat ayrılıb
Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir....
01 Aprel 2025, 13:30

ADY bayram günlərində 130 mindən çox sərnişin daşıyıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb.ADY-dən Citypost.az-a verilən məlumata görə, 20-31 mart tarixlərində 132 124 nəfər daşınıb.Qeyd olunan tarixlərdə Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231 nəfər, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.
01 Aprel 2025, 13:13

Sabah bəzi yerlərdə duman olacaq
Sabah hava necə olacaq?Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb.Bakı və Abşeronda gözlənilən hava şəraitiMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.Sabah rayonlarda hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu...
01 Aprel 2025, 12:55